Kerri müsəlmanları təbrik etdi

Kerri müsəlmanları təbrik etdi “Biz Ramazan ilə əlaqədar hadisələrin dəyərinin nə qədər mühüm olduğunu təsdiqləyirik”

ABŞ dövlət katibi Con Kerri şəxsən öz adından, eləcə də ABŞ Dövlət Departamentinin adından dünya müsəlmanlarını müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Bütün dünyada olan səfirlik və konsulluqlarımızın vasitəsilə biz Ramazan ayı ilə əlaqədar hadisələrin dəyərinin nə qədər mühüm olduğunu təqdiqləyirik. Beləliklə də, biz sosial birliyə sadiqliyi, ictimaiyyətin özünəməxsusluğuna və müxtəlifliyinə hörməti çatdırmağa çalışırıq”.

Dövlət katibi, sayı 1,6 milyard olan dünya müsəlmanlarına sevincli Ramazan ayı arzulayıb.

Dövlət Departamentindən qeyd ediblər ki, Ramazan İslamda çox mühüm olan “dua, oruc, qonaqpərvərlik və daha az təminatlılara diqqət” ayıdır.

Oxşar xəbərlər