Xatirə İslam: Bir-birimizi qırdırmaqdan ləzzət alanlar...

Xatirə İslam: Bir-birimizi qırdırmaqdan ləzzət alanlar... “Mənə nə deyibsə...”

Müğənni Xatirə İslam xanəndə, əməkdar artist Elnarə Abdullayeva ilə arasında yaşanan gərginliyə sosial şəbəkə vasitəsilə münasibət bildirib.

İfaçı jurnalistlərin ona E.Abdullayeva ilə bağlı suallar verməməyini söyləyib:

“Elnarə Abdullayeva ilə bağlı mənə sual verməyin. Elnarə bilər, mən bilərəm. Mənə nə deyibsə, əcəb edib. Yaxşı edib, əlinin içindən gəlib. Bizim aramızda problem yoxdur, olsa belə aramızda həll edərik. Hamı gedib öz problemi ilə məşğul olsun. Bir-birimizi qırdırmaqdan ləzzət alanlar, artıq yorulun...”.

Qeyd edək ki, Xatirə İslam “5/5” verilişində Elnarə Abdullayeva haqqında “toy sayəsində özlərinə gün-güzəran qazanırlar, kəndinə su çəkdirirlər, atasına ev tikdirirlər, sonra da deyirlər ki, “yox-yox, müğənni olmaz”. Bu yolla qazandığınız çörəyə qiymət qoyun, hörmətsizlik etməyin” demişdi.

Elnarə Abdullayeva isə “hər kəsin öz ağlı, mədəniyyəti, qabiliyyəti və dünyaya baxış tərzi var. Mənim tərbiyəm başqadır, Xatirənin tərbiyəsi başqa...” deyərək Xatirə İslamın söylədiklərinə cavab vermişdi.

Oxşar xəbərlər