“Haqsızlıqdan, ədalətsizlikdən yoruldum”
ANS TV-nin tanınmış əməkdaşı, əməkdar jurnalist Ləman Ələşrəfqızı televiziyada olan fəaliyyətini dayandırıb.
Jurnalist bu haqda sosial şəbəkədə yazıb:
“20 ildir jurnalistikadayam. Şükür Allaha, bu sahədə fəaliyyətim göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-istifadəm. “Zərdabi” mükafatını da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım.
Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə “sağ olun” deyirəm, görməzdən gələnləri vicdanları ilə baş-başa buraxıram.
Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin! Hər şeydən çox yoruldum - haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!”.