Ağlayaraq Ərdoğana sual verən jurnalist: Öncə Vətəndir

Ağlayaraq Ərdoğana sual verən jurnalist: Öncə Vətəndir Vətən hər şeydən öndədir

Cəbhə xəttində Azərbaycan əsgərlərinin şəhid olma xəbərindən sonra prezident Rəcəb Tayyib Ərdoğana sual verən jurnalist Qənirə Ataşova göz yaşlarını saxlaya bilməyib.

ABŞ-ın Meriland vilayətində Türk Amerika Mədəniyyət Mərkəzinin açılışında prezident Rəcəb Tayyib Ərdoğana Azərbaycan şəhidləri ilə bağlı sual verərkən ağlayan jurnalist Qənirə Ataşova keçirdiyi hisslərdən danışdı.

ANS TV-nin müxbiri Ataşova 5 aydır Vətənindən uzaqda olduğunu, qürbətdə olakən vətənində yaşanan çətin günlərin acısını bütün qəlbi ilə hiss etdiyini dilə gətirib:

“Şəhidlər haqqında xəbərləri alarkən və buna dair sual verərkən duyğularıma sahib ola bilmədim. Əlbəttə, bir jurnalist olaraq emossiyalarımı üzə verməməliyəm, amma mən də bir anayam, iki övladım var. Özümü 12 şəhidimizin anasının, bacısının yerində hiss etdim”.

Biz jurnalist olduğumuz üçün hisslərimizi öldürməli deyilik. Xəbərə xəbər deyib, üstündən keçməməliyik. İnsan hər şeydən əvvəl öz insanlığını qorumalıdır”.

Öz növbəsində “bizim ölkəmizdə də mediyanın gözündə bu gözyaşını görə biləcəkmi?” deyən prezident Ərdoğan , Türkiyədə bəzi media nümayəndələrinin şəhid xəbərlərinə münasibətini tənqid edib.

Ataşova buna “Öncə Vətəndir, Vətənə xəyanət etmək olmaz. Nə olursa-olsun, Vətən sənin canındır, qanındır. Vətənimiz olmasa, nə edərik? ABŞ kimi ölkələrdə insanlara vətəninə görə hörmət edirlər”, deyə, cavab verib.

Oxşar xəbərlər