Cəbhədəki 2-5 aprel döyüşlərindən sonra dünyanın Qarabağ probleminə münasibəti kifayət qədər dəyişib və bu faktı dünyanın ciddi ekspertləri də təsdiqləyir. Məhz siyasi rəhbərliyin siyasi iradəsinin, ordumuzun qəhrəmanlığının nəticəsidir ki, son zamanlar sadəcə “ölü fəaliyyəti” ilə diqqət çəkən Minsk Qrupunun həmsədrləri də özlərini yığışdırmalı oldular.
Aprel əməliyyatlarının arxasındakı mətləblər barədə müxtəlif fikirlər hələ də səslənir. Ancaq bu da istisna deyil ki, əslində həmsədrlər AŞ PA-nın 2016-cı il yanvar sessiyasında müzakirəyə təqdim olunan Qarabağa dair qətnamənin qəbuluna qarşı çıxmaqla həm öz missiyalarına zərbə vurdular, həm də cəbhə xəttində gərginliyə aparan yolu qısaltmış oldular.
Xatırladaq ki, britaniyalı deputat Robert Volterin müəllifi olduğu “Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması” adlı məruzənin qəbulu ərəfəsində həmsədrlər bəyanat yayaraq məsələnin qəbuluna imkan vermədilər. O zaman Azərbaycan prezidenti də demişdi ki, həmsədrlər Ermənistanı mümkün olan problemlərdən qoruyurlar və münaqişənin həll olunmamasında onların böyük rolu var.
Təbii ki, bir neçə il öncə BMT Baş Assambleyasındakı səsvermə zamanı həmsədr ölkələrin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bitərəf qalması faktı bölgəyə mənasız səfərlər edən həmsədrlərə stimul vermişdi. Lakin o da mümkündür ki, həmsədrlər AŞ PA sessiyasında ədalətli qərarın qəbul olunmamasına nail olmaqla Ermənistanı danışıqlar masasına qaytaracaqlarını güman edirmişlər. Fakt budur ki, Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu Qarabağ müzakirələri 2014-cü ilin payızında, Fransa paytaxtında olmuşdu.
O zaman Serj Sərkisyan növbəti görüşün 2015-ci ilin payızında, Nyu-Yorkdakı BMT Baş Assambleyasında olacağının anonsunu vermişdi. Lakin elə Paris görüşündən az sonra cəbhədə erməni təxribatı oldu və düşmən helikopteri məhv edildi. Növbəti il, yayın sonlarında isə məhz Nyu-York görüşündən qaçmaq üçün Ermənistan cəbhəboyu təxribat-diversiya əməllərini intensivləşdirdi. Reallıq bundan ibarət idi ki, Ermənistan danışıqlarda diktə etməklə həm də iri dövlətlərə qarşı belə saymazlıq edirdi. Bu mənada işğalçıya qulaqburmasının verilməsi həmsədr ölkələrin paytaxtlarının da marağında ola bilərdi.
Ancaq illərdir BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini prinsipial şəkildə İrəvandan tələb etməyən həmsədrlərin Qarabağdakı antiterror əməliyyatını passiv şəkildə dəstəkləməsi, ən azı Azərbaycandan hərbi əməliyyatları dayandırmağı tələb etməməsi məhz Azərbaycanın xarici siyasətinin məntiqi nəticəsidir. Prezident İlham Əliyev aprel əməliyyatları zamanı ABŞ-da səfərdə idi və Serj Sərkisyandan fərqli olaraq dünyanın supergücünün rəhbərliyi ilə mühüm görüşlər keçirmişdi. O zaman həmsədrlərin iştirakı ilə prezidentlərin görüşünün təşkil olunacağı deyilsə də, bu, baş vermədi...
Mirşahin Ağayev ötən həftəsonu müəllifi olduğu “Hesabat” proqramında çox ilginc bir məlumatı açıqladı. O, “biz dəqiq bilirik ki, dövlət başçısı Amerikadan Fransaya uçub və Azərbaycana da elə Parisdən gəlib” dedi. Hələ ki bu məlumat rəsmən nə təsdiq, nə də təkzib olunub. M.Ağayev onu da əlavə edib ki, “İlham Əliyev işini bərk tutan siyasətçilərdəndir, o, avantüraya getmir, ən xırda riski belə nəzərə alaraq addım atır”. Müəllif onu da vurğulayıb ki, aprel əməliyyatları zamanı “Putinin 3 günlük susqunluğunda da prezident İlham Əliyevdən nəsə var”.
Bəs nə ola bilər?
Ermənistan Azərbaycan-Rusiya münasibətlərinin indiki durumundan, xüsusilə də Moskvanın razılaşmanı pozmayaraq Bakıya silah-sursat satışını davam etdirməsindən çox narahatdır. İrəvanda Türkiyə və Azərbaycan bayraqlarından əvvəl Rusiya bayraqları yandırılmışdı və bu gün də anti-Rusiya ovqatı hökm sürür. Təbii ki, Moskva Bakını özündən uzaqlaşdırmaq xətti yürütməyə meylli deyil. Bir tərəfdə Qərbin sanksiyaları ilə üz-üzə qalanda ona “yaman günün qonşusu” kimi dəstək olan Azərbaycan, digər tərəfdə isə “hərbi və strateji müttəfiqi” Rusiyanı bir günün içində Almaniya kansleri Merkelə satan, üstəlik, ac-yalavac durumunda Rusiya üçün yükə çevrilən Ermənistan rəhbərliyi var. Təbii ki, Moskva bölgədəki roluna görə Azərbaycana önəm verir. Buna isə Moskvanı inandırmaq çox da asan başa gəlməyib.
Bakı özünün düzgün kombinasiyalı siyasi oyunu ilə növbəti dəfə “soyuq müharibə” şəraitində yaşayan Rusiya və Qərbi Qarabağ məsələsində ortaq məxrəcə gəlməyə vadar edib. Elə aprel əməliyyatları zamanı üç paytaxtın-Moskva, Vaşinqton və Parisin ağzına su alıb susması, bununla da erməni lobbisini nokauta salması bunun əlamətidir. Bir az da obrazlı desək, Azərbaycan aprel əməliyyatları ilə artıq illərdir beynəlxalq səviyyəli problemə çevrilən, Minsk Qrupunun hegemonluğuna keçmiş Qarabağı özününkü etməyi, həmsədrlərdən almağı bacardı. 1994-cü ilin atəşkəs razılaşmasını hər gün pozan Ermənistanın budəfəki cəhdlərinə sarsıdıcı şəkildə cavab verən, bir sıra yüksəklikləri azad etməklə işğalçını vahiməyə salan Azərbaycan diplomatiyada da “yüksəkliklərə nəzarət etmək” fürsəti qazandı. Aprel əməliyyatlarına aparıcı dünya güclərinin neytral qalması, ermənilərin təklənməsi həm də Bakının diplomatik uğuru sayıla bilər.
Bu mövzuda “Yeni Müsavat”a danışan siyasi təhlilçi Mehman Əliyev də hesab edir ki, həmsədr ölkələrin üçünün də mövqeyi bir-birinə yaxındır və üst-üstə düşür: “Bu, onu göstərir ki, Qarabağ məsələsi ilə bağlı vahid bir siyasət, baxış var. Bu baxış ondan ibarətdir ki, Azərbaycan tərəfinin bu əməliyyatı keçirməsinə maneçilik törədilməmişdi. Deməli, prinsipcə, bu əməliyyatın keçirilməsi dəstəklənib. Ona görə dəstəklənib ki, erməni tərəfi Qarabağ məsələsinin həllində heç bir kompromisə getmir, deyir ki, ”mən qalibəm, torpaq əlimdədir, bir hissəsini qaytara bilərəm, ancaq mənim dediklərim olmalıdır" və s. Yəni belə problemlər var. Tərəfləri bir araya gətirmək, erməniləri “soyuq duş”dan keçirmək üçün belə bir əməliyyat planlaşdırılıb və həyata keçirilib".
M.Əliyev böyük savaş gözləntiləri ilə bağlı davamlı şəkildə yayılan xəbərləri ciddi sayır: “Əgər erməni tərəfi danışıqlarda yenə də əvvəlki mövqedən çıxış etsə, o halda növbəti hərbi əməliyyatlar baş verə bilər”.
O, Azərbaycan prezidentinin Fransadakı görüşünün çox qısamüddətli olduğunu vurğuladı: “Ancaq söhbət hansı ölkədə nə qədər olmaqdan getmir. Əgər İlham Əliyev Moskvada olmayıbsa, bu, o demək deyil ki, Rusiyanın bu hadisələrdən xəbəri olmayıb. Tərəflərin hamısının baş verənlərdən kifayət qədər xəbəri olub və həmsədrlər də bu prosesi dəstəkləyiblər”. M.Əliyev aprel əməliyyatlarının 4-cü günündə Putinin prosesə müdaxiləsi və Moskvada atəşkəslə bağlı razılaşmanın əldə olunmasını da Kremlin özfəaliyyəti kimi dəyərləndirmir: “Adətən bölgədə bu kimi hərbi proseslər baş verəndə məsələləri həll etmək, yaxud tərəfləri bir araya gətirmək işi həmsədrlər tərəfindən Rusiyaya həvalə olunur. İndi də biz Moskvanın rolunu görürük. Çünki bölgədə Rusiyanın bir sözünü iki eləmirlər. Lakin Rusiyanın fəallığı həmsədrlərin üçtərəfli razılığı əsasında baş verib. Yəni Moskvaya mandat verilib”.
Mayın 9-da təşkil edilən rəsmi qəbulda da prezident İlham Əliyev Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırıb. “Aprel döyüşləri bir daha ordumuzun gücünü, xalqımızın həmrəyliyini nümayiş etdirdi” deyən prezident vurğulayıb ki, indi əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir və Bakı bu istiqamətdə öz mövqeyini danışıqlar prosesində gücləndirir.
Azərbaycan aprel əməliyyatlarına qədər ikili standartların mövcudluğundan, dini ayrı-seçkilikdən, BMT qətnamələrinin yerinə yetirilməməsindən şikayətlənirdi. Ancaq son hadisələrin ardınca Bakı diktə mövqeyindədir. Həmsədrlərin monopoliyasından xilas edilən Qarabağ isə bir gün erməni işğalçılardan da azad ediləcək, bu, mütləqdir. Əgər ermənilər müzakirələrin sonunda yanlış qərar verib yenə də ənənəvi siyasəti müdafiə edəcəklərsə, tam müdafiəsiz və Azərbaycanla üz-üzə qalacaqlar.
O halda Bakının torpaqları bir həftəyə azad etməklə bağlı işğalçıya ultimatum verməsi də təbii qarşılanacaq. Elə Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə müzakirələrə Moskvadan verilən təpkidən sonra bu mövzunun ağzı bağlı quyuya atılması da buna işarədir...