“Azərbaycan hökumətini ona qarşı digər ittihamlardan imtina etməyə çağırırıq”
Birləşmiş Ştatlar Azərbaycan Ali Məhkəməsinin jurnalist Xədicə İsmayılovanın şərti azadlığa buraxılması haqqında qərarını alqışlayır.
Bu barədə ABŞ Dövlət Departamentinin jurnalist Xədicə İsmayılovanın şərti azadlığa buraxılması ilə bağlı yaydığı bəyanatda deyilir.
“Biz bunu müsbət addım kimi dəyərləndirir və Azərbaycan hökumətini ona qarşı digər ittihamlardan imtina etməyə çağırırıq. Azərbaycanın söz azadlığı, mülki və siyasi iştirak üçün məkanı genişləndirməsi ölkəni və bizim ikitərəfli münasibətlərimizi gücləndirəcək”, - deyə bəyanatda bildirilir.