“Azərbaycan hökuməti ilə işləməyi səbirsizliklə gözləyirik”
ABŞ Azərbaycan Ali Məhkəməsinin hüquq müdafiəçisi İntiqam Əliyevin şərti azadlığa buraxılması qərarını alqışlayır.
qanuninfo.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin bəyanatında deyilir.
C. Kirbi bildirib ki, bu, martın 17-də Azərbaycan prezidenti tərəfindən bir qrup şəxsin azadlığa buraxılması üçün imzaladığı əfv sərəncamının davamıdır:
“Biz Azərbaycan hökumətini fundamental hüquqlarını yerinə yetirdikləri üçün həbs edilmiş digər şəxslərin də azad olunmasına, azadlığa çıxanların hərəkətlərinin məhdudlaşdırılmamasına çağırırıq və digər müsbət addımlar üçün Azərbaycan hökuməti ilə işləməyi səbirsizliklə gözləyirik”.