Prokurorluq öz qərarı ilə bu mövzunun mediada işıqlanmasına rəsmi qadağa qoymuşdu
Türkiyənin “Cümhuriyyət” qəzetinin redaktoru və müxbiri Can Dündar və Erdem Gül azadlığa buraxılıb.
Keçən ilin noyabrın 26-da həbs edilən jurnalistlər azadlığa buraxılıb.
Onlar dövlətin Suriyadakı yaraqlılara silah tədarükündən bəhs edən reportajla əlaqədar dövlət sirrini yaymaqda ittiham olunurdular.
Jurnalistlər ölkənin Konsitutsiya Məhkəməsinə müraciət etmişdilər.
Müraciətdə onların həbsinin mətbuat azadlığına qarşı olduğu qeyd edilib. Məhkəmə jurnalistlərin müraciətini nəzərdən keçirərək şikayətlərini təmin edib.
Xatırladaq ki, jurnalistlər Türkiyə yük maşınları vasitəsilə Suriyaya silah tədarükünün həyata keçirilməsi ilə bağlı reportaja görə prokurorluğa çağırılmışdılar. İfadə verdikdən sonra onlara qarşı həbs qətimkan tədbiri seçilmişdi.
Prokurorluq öz qərarı ilə bu mövzunun mediada işqılanmasına rəsmi qadağa qoymuşdu.