Müharibәdә qәlәbә şansı Azәrbaycandadır...

Müharibәdә qәlәbә şansı Azәrbaycandadır... Bu qeyd edәcәyim fikirlәrin,iki mәqsәdi var

1)Qәlәbә elә dә asanlıqla,әldә olunmayacaq.

2)Azәrbaycan Qarabağ müharibәsindә Qәlәbә qazana bilmәyәcәk,deyәnlәrin fikrini әsassız olduğunu sübut etmәk.


Birinci növbәdә onu nәzәrdәn keçirәk ki,düşmәn bizim hücum әmәliyyatları qarşısında nә edә bilәr.Qeyd etmәk lazımdır ki,düşmәn әsasәn müdafiәdә duracaq.Onun canlı vә texniki qüvvәsi imkan vermir ki,genişmiqyaslı hücum әmәliyyatı keçirsin.Әgәr hücum edәrsә,bizim bütün cәbhәboyu eşalonlaşdırılmış,әn müasir texnika ilә tәchiz olunmuş,müdafiә xәttinә dirәnәcәk.Nәticәdә düşmәnin canlı qüvvә vә texnikasının böyük hissәsi mәhv olacaq.Düşmәn dә bunu anlıyır.Düşmәnin strategiyasının әsasәn müdafiәdә qurulması bizә mәlumdur.Düşmәn ancaq tәxribat xarakterli,kiçik hücum әmәliyyatı keçirә bilәr vә dәrhal öz әvvәlki müdafiә xәttinә qayıtmağa mәcburdur.Müdafiә strategiyası düşmәn üçün әn әlverişli variantdır.Çünki,düşmәnin nәzarәtindә olan bölgәlәr dağlıq olduğundan,orada müdafiә qurmaq,hücum edәndәn fәrqli olaraq,elә dә canlı vә texniki qüvvәyә ehtiyac yoxdur.

Coğrafiyanın üstünlüklәri müdafiәdә olan üçün,hücum edәni atәş altında saxlamaq imkanları yaradır.Düşmәnin son zamanlar bizim mülki obyektlәrimizi intensiv artilleriya atәşinә tutmaqda da,mәqsәdi bizim qüvvәlәri özü hazırladığı döyüş meydanına tәhrik edәrәk,böyük itkilәrә mәruz qoymaqdır.Amma düşmәn nә qәdәr çalışsa da,onun gücü Azәrbaycanın potensialı ilә müqayisәyә gәlmәzdir.Ermәnilәr özlәridә qeyd edirlәr ki,Azәrbaycan bütün cәbhәboyu hücuma keçәrsә, dayanıqlı müdafiәni tәşkil etmәk mümkünsüz olacaq.

Azәrbaycan Qarabağda olan bütün cәbhәboyu әn azı üç istiqamәtdәn genişmiqyaslı hücum әmәliyyatı keçirmәyә qadirdir.Düşmәn qüvvәlәrinin fiziki cәhәtdәn heç bir resursu imkan vermir ki,bizim hücumlarımızın qarşısını ala bilsin.Bu hücumun müqabilindә düşmәn xaincәsinә bizim kәnd vә cәbhәyә yaxın bir neçә şәhәrimizi atәşә tuta bilәr.Amma bu bizim hücum edәn qüvvәlәrimizin qarşısını almağa qadir deyil.Bizim qüvvәlәr bir neçә gün әrzindә cәbhәnin 15-25 km dәrinliyinә irәlilәyәrәk,düşmәni hәm bizim mülki obyektlәrimizi atәşә tutmaqdan mәhrum edәcәk,hәm dә artıq bütün işğal olunmuş әrazilәrdә olan düşmәn qüvvәlәri bizim atәş zәrbәlәrinin altında qalacaq.

-- Bir neçә sözdә rus qüvvәlәrinin döyüşlәrdә iştirakı barәdә demәk istәrdim.Rus qüvvәlәrini iştirakı,ermәni qüvvәlәrinin arasında mәhdud sayda mümkündür.Amma tәmamilә ermәnilәrin әvәzinә vuruşacağları istisna olunur.Azәrbaycan Gürcüstan deyil ki,onun hәrbi resursu mәhdud olsun.Azәrbaycanın böyük ordusu ilә toqquşarlarsa,istәr-istәmәz böyük itkilәr verәcәklәri qaçılmazdır.Rusiya әsgәrlәrinin kütlәvi hәlak olması,Rusiya cәmiyyәtini bir-birinә vurar.İqtisadi çәtinliklәrlә üz-üzә qalan Rusiya cәmiyyәti Qarabağdan gәlәn rus әsgәrlәrinin meyitlәrinә etinasız yanaşmaz.Mәhz bu sәbәbdәn Әfqanıstan sindromunu yaşamamaq üçün Putin Suriyaya Quru qüvvәlәrini göndәrmәdi.Ukrayna ordusu güclәnәndәn sonra Rusiya genişmiqyaslı hücum әmәliyyatlarından çәkindi.Ona görә dә Rusiya iqtidarı öz ordusunu Qarabağ bataqlığına atmaz.Qәlәbә çalmaq,işğal olunmuş torpağları azad etmәk üçün Azәrbaycanın hәr cür imkanı var.Gec-tez mәğlub olansa, Azәrbaycanın düşmәnlәri olacaq.Allah yardımçımız olsun./moderator/

Oxşar xəbərlər