Rusiya qırıcıları Türkiyə sərhədində türkmanların qaldığı Obin düşərgəsini bombalayıb
Publika.az xəbər verir ki, bu barədə Suriya Türkman Məclisinin rəhbəri Abdurrahman Mustafa deyib.
Onun sözlərinə görə, Rusiyaya məxsus döyüş təyyarələri bu gün saat 11:30-da düşərgəyə bombalar yağdırıb:
“Bu düşərgəni ötən ilin oktyabr ayında da bombalamışdılar. Düşərgə Türkiyə sərhədindən 3-4 kilometr uzaqlıqda yerləşir. Çoxlu sayda ölü və yaralılar var”.
Rusiya təyyarələri eyni anda Türkman Dağı bölgəsindəki türkman sivillərə də hücum edib. Türkmanların Türkiyəyə gəlmək üçün yola çıxdığı deyilir.