İran prezidenti bəyanat verdi
İran Rusiya və Türkiyə münasibətlərində yaranan gərginliyi aradan qaldırmaq üçün əlindən gələni etməlidir.
TASS xəbər verir ki, bu fikri İran prezidenti Həsən Ruhani IRINN telekanalının canlı yayımında 1979-cu il İslam inqilabının ildönümünün qeyd edilməsi ilə bitən “Fəcr” ongünlüyünün (1-11 fevral) başlanması münasibəti ilə çıxış edərkən bildirib.
“Bizim Rusiya, eləcə də Türkiyə ilə münasibətlərimiz çox yaxşıdır. Bu iki dövlət arasında böhranın yaranmasına çox təəssüflənirik, indi biz bu gərginliyin aradan qalxması üçün əlimizdən gələni etməliyik”, - İran prezidenti vurğulayıb.
“Vəziyyətin gələcəkdə gərginləşməsi heç bir dövlətin marağında deyil”, - Həsən Ruhani belə hesab edir.