“Dağlıq Qarabağ münaqişəsini etnik-ərazi prinsipi üzrə həll etmək mümkündür”. Publika.az xəbər verir ki, bu barədə Avstriyanın Müharibə nəticələrinin tədqiqatı institutunun əməkdaşı Kristof Benedikter “Die Presse” qəzetində yayımlanan məqaləsində bildirib.
Onun sözlərinə görə, 2-6 aprel döyüşləri Qarabağ münaqişəsini təcili nizama salınması vacib olan münaqişələr siyahısında ilk yerə çıxartdı: “Amma faktiki olaraq Qərbdə tərəflərə təsir etmək və münaqişəni hər iki tərəfin maraqları çərçivəsində həll etmək imkanı yoxdur. Dağlıq Qarabağın Azərbaycan tərkibində muxtariyyətin verilməsi tələbəsi beynəlxalq hüquq nöqteyi-nəzərindən əsaslandırılmışdır. Amma qarşı tərəf müstəqilliyə can atır. Hesab edirəm ki, Qarabağ münaqişəsini etnik-ərazi prinsipi üzrə həll etmək olar”.
Ekspert Qarabağla bağlı Kipr modelini irəli sürür: “Bu, qeyri-adi səslənsə də, 2002-ci ildə BMT-nin təklifi ilə Kipr münaqişəsinin həllində uğurlu olub”.