Azərbaycan ermənipərəst telekanalın əməkdaşlarını ölkədən qovdu

Azərbaycan ermənipərəst telekanalın əməkdaşlarını ölkədən qovdu “Onlar Azərbaycana qarşı təxribatla məşğuldular”

Rusiyanın “LifeNews” telekanalının çəkiliş qrupu Azərbaycandan deportasiya olunub. Bu telekanalın rəhbəri erməni Aşot Qabrielyandır.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin dediyinə görə, telekanalın jurnalistləri Azərbaycanda heç bir rəsmi akkreditasiya olmadan çalışıblar və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribat xarakterli, yalan məlumatlar yayıblar.

“Onlar Azərbaycana qarşı təxribatla məşğuldular, Dağlıq Qarabağ münaqişəsi barədə yanlış məlumatlar yayırdılar. Bunu nəzərə alaraq, həmin jurnalistlərin ölkəmizin ərazisində olması qeyri-qənaətbəxş sayılıb”, - H.Hacıyev deyib.

Oxşar xəbərlər