Lələ təpəni azad edən komandirə general rütbəsi verildi

Lələ təpəni azad edən komandirə general rütbəsi verildi “Zəfərlərin davamını gözləyirik!”

Lələ təpə yüksəkliyinin azad olunması uğurunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərən Mais Bərxudarova general-mayor rütbəsi verilib.

Bu barədə millət vəkili Sahib Əliyev özünün feysbuk səhifəsində yazıb:

“Məhz döyüşdə, məhz əsgərin önündə, məhz qələbə çalmaqla öz sərkərdəliyini təsdiqləmiş yeni generalımız! Ali Baş Komandan İlham Əliyev əmrini peşəkarlıqla və ləyaqətlə yerinə yetirərək Lələ təpə yüksəkliyinin azad olunması uğurunda gedən döyüşlərdə düşmənə qan udduran Mais Bərxudarova dünən general-mayor rütbəsi verdi.

Uğurlu-xeyrli olsun, müzzəffər ordunun yeni generalı, zəfərlərin davamını gözləyirik!”

Oxşar xəbərlər