Bu gün səhər metronun "İçərişəhər" stansiyasının qarşısındakı yeraltı piyada keçidindən istifadə edənlər orada yerə yorğança sərərək uzanmış 2 qadına rast gəliblər.
Təxminən 50-55 yaşlarında olan bu qadınların evsiz (BOMJ) olduğu ehtimal edilir.
Sakinlərin bildirdiklərinə görə, həmin qadınlar yalnız keçiddə qalmır, insanların, o cümlədən xarici vətəndaşların intensiv hərəkət etdiyi İstiqlaliyyət küçəsi boyu aşağı-yuxarı asta-asta gəzişirlər:
"Paltarlarının natəmizliyi ilə diqqəti cəlb edən bu qadınlar ətrafa saçdıqları xoşagəlməz qoxu ilə bəzilərində narahatlığa da səbəb olurlar. Aydındır ki, bu insanların yardıma ehtiyacı var. Ona görə də əlaqədar qurumlardan məsələ ilə maraqlanması və həm bu qadınlara lazımi kömək göstərilməsi, həm də xoşagəlməz mənzərənin aradan qaldırılmasını xahiş edirik".//milli.az