Qaydanı piyada pozur, cərimə sürücüyə gəlir
Bakıdakı sürücülərdən birinin ünvanına qəribə MMX protokolu göndərilib.
Avtosfer.az xəbər verir ki, protokolda 50 manat cərimənin qərarı çıxarılıb.
Sürücü İnzibati Xətalar Məcəlləsinin 151-3-cü maddəsini (Piyada keçidində piyadaya yol verilməməsi) pozmaqda təqsirləndirilir.
Dekabrın 28-də, gecə saat 01:00-da Ağa Nemətulla ilə H.Məmmədov küçələrinin kəsişməsində (Nərimanov RPİ-dən çıxan yer) piyada keçidindəki piyadaya yol vermədiyi iddia edilir.
Əlavə edilmiş fotoşəkillərdən də açıq-aydın görünür ki, “Hyundai Santafe” markalı minik maşını hərəkət edən istiqamətdə piyada keçidində piyada yoxdur. Əksinə, piyada zolağa çatmamış yolu keçməklə qaydanı pozur.