“Bunlar dünyada sübut olunan praktikadır”
Azərbaycanda bu gün də bəzi mama-ginekoloqlar tərəfindən hamilə qadınlara lazımsız, effektsizliyi çoxdan sübut olunmuş, təbabətdə işlənilməyən, istifadəsi həm qadın, həm də sonradan uşaq üçün problemlər yarada bilən dərmanlar təyin edilir.
Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov deyib.
Baş mütəxəssisin sözlərinə görə, Azərbaycanda qadınların hamiləlik dövrunə, doğuş vaxtına aid protokolların qəbul olunmasına baxmayaraq, bəzi ginekoloqlar hamilələrə lazımsız dərmanlar təyin edirlər, bəzi hallarda isə hamiləlik dövründə qəbul edilməsi olduqca lazımlı olan dərmanların təyini məsələsində səhlənkar yanaşmaya rast gəlinir.
R.Hüseynov əlavə edib ki, əgər antenatal dövrdə qadına lazımi səviyyədə tibbi nəzarət və qulluq edilsə, onda doğulan uşaqlarda da problem azalmış olar:
"Vaxtından əvvəl doğulan uşaqların adətən ən birinci problemi tənəffüs problemidir. Sadə dillə desək, əksər hallarda onların ciyərləri yetkin olmur.
Bəzi dərmanlar (betametazon, deksametazon) var ki, onlar hamiləlik dövründə müəyyən edilmiş vaxtda qadına düzgün vurulsa, onda uşaqlarda tənəffüs problemi 60-70 faiz azalar. Biz görürük ki, bu iynələrin vurulması nəticəsində vaxtından əvvəl doğulan yenidoğulmuşlarda tənəffüs problemlərinin azalması müşahidə olunur. Həmin dərman ananın bədəninə heç bir fəsad vermir, amma uşaqlarda ağciyərlərin inkişafına çox böyük kömək göstərir.
Və yaxud rezus mənfi qan mənsubiyyətli hamilələrdə qeyd olunan vaxtda izoimmunlaşmanın qarşısını almaq üçün xüsusi immunoqlobulinin yeridilməsi körpədə hemolizinin (qanın parçalanması) və onunla bağlı fəsadların qarşısını alır. Bunlar dünyada sübut olunan praktikadır”.
R.Hüseynov qeyd edib ki, hazırda Azərbaycanda hamilə qadınların çoxuna profilaktik məqsədlə qeyd edilən preparatlar vurulsa da, bəzi ginekoloqlar bunu etmirlər:
“Ölkədə elə bir qadın məsləhətxanası yoxdur ki, orada həkimlər bu məsələ ilə tanış olmasınlar. Həmin iynələr ancaq həkim səhlənkarlığı nəticəsində hamilələrə vurulmaya bilər”.