Ölkədə abort siyasətinə yenidən baxılması təklif edilir
Azərbaycanda diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur. Hazırda hər 100 doğulan qıza 117 oğlan düşür. Doğulan uşaqların cins nisbəti (hər 100 qıza düşən oğlanların sayı) bioloji normaya uyğun olaraq 105-106 olub".
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkədə doğulan uşaqların cins nisbətinə dair demoqrafik proqnozların təqdimatı ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən il Azərbaycanda doğulan 171 min uşaqdan 46,4 faizini qızlar, 53,6 faizini oğlanlar təşkil edib:
"2013-cü ilin məlumatlarına əsasən, bütün doğum ardıcıllığı üzrə oğlanların sayı qızların sayını üstələyir və bu, bioloji normadan yüksəkdir. Belə ki, 2-ci uşaqlar arasında hər 100 qıza 112 oğlan, 3-cü uşaqlar arasında 151 oğlan, 4-cü və daha sonra doğulan uşaqlar arasında bu göstərici 166-dır".
Doğulanların cins nisbətinin pozulmasının ümumi əhalinin cins strukturunu da dəyişdiyini qeyd edən nazir müavini bildirib ki, əhalinin siyahıya alınması üzrə məlumatlara əsasən, 1989-cu ildə hər 1 000 kişiyə 1 051 qadın, 1999-cu ildə 1 048 qadın, 2009-cu ildə isə 1 021 qadın düşüb:
"Bu gün hər 1 000 kişiyə düşən qadınların sayı 1013-dür. Hazırda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meylinin növbəti illərdə də davam etməsi ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər.
Bu da öz növbəsində davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. Doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə ölkə üçün Fəaliyyət Planının hazırlanması, bu istiqamətdə geniş ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir".
Tədbirdə o da qeyd olunub ki, doğulanlar arasında cins nisbətinin pozulması hallarının qarşısının alınması məqsədi ilə hazırlanacaq Fəaliyyət Planında abort siyasətinə yenidən baxılması, hamiləliyin sonrakı dövrlərində ana və ya uşağın sağlamlığı üçün təhlükə olmadığı hallarda abortlara məhdudiyyətlərin qoyulması, həkimlərin məsuliyyətinin artırılması, bu sahədə qanunvericiliyin sərtləşdirilməsi, kontraseptiv vasitələrdən istifadə səviyyəsinin artırılması, qız uşaqları olan ailələrlə bağlı əlavə sosial proqramların hazırlanması, qadınların ictimaiyyətdə rolunun artırılması, onların kişilərdən iqtisadi asılılığının azaldılması, onların məşğulluğunun artırılması, sosial və iqtisadi mövqelərinin gücləndirilməsi, gender üzrə intensiv maariləndirmə proqramlarının tətbiq edilməsi istiqamətində tədbirlərin nəzərdə tutulması zəruridir.