Tarif Şurası qərar qəbul edib
Bu gündən etibarən qiymətləri təsdiqlənən daha 1 940 dərman vasitəsi yeni qiymətlərlə satışa çıxarılacaq.
Tarif (qiymət) Şurasının qərarına əsasən, topdan və pərakəndə satış qiymətləri tənzimlənən dərmanların sayı 5 651-ə çatıb. İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin sayı 3 711 idi.
Qeyd edək ki, Azərbaycanda ümumilikdə qiymətləri tənzimlənmiş dərman vasitələrinin manatın məzənnəsində baş verən dəyişikliklərdən əvvəl satışda olan qiymətləri ilə müqayisədə belə 20 faizinin qiyməti 2 dəfədən çox, 8%-nin qiyməti 3 dəfədən çox aşağı salınmış, ümumilikdə 60 faizinin qiymətləri endirilib.
Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.