Brent neftinin barrelinin bu gün bahalaşaraq 37 dollara yaxınlaşması neftin qiymətində yeni yüksəliş dövrü gözləyənləri ümidləndirib
ANS PRESS-in məlumatına görə, Azərbaycanın “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə artıq dünəndən həmin həddi keçib və gün ərzində 2,8 dollar bahalaşaraq 37,22 dollar təşkil edib.
Bəlkə elə bu bahalaşma imkan verib ki, Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gordon Birrellə görüş zamanı çox nikbin danışıb. Qlobal neft bazarında müşahidə edilən proseslər fonunda mövcud vəziyyəti dəyərləndirən energetika naziri neftin ucuzlaşmasının uzunmüddət davam etməyəcəyini, gələn ildən etibarən neftin qiymətinin yüksələrək sabitləşəcəyini deyib.