Neftin ucuzlaşması və ölkədə baş verən iqtisadi dəyişikliklər fonunda cari ilin dövlət büdcəsinə yenidən baxılması təklif olunur
Qanunlar isə may ayına qədər gözləməyi tələb edir. ANS TV-nin məlumatına görə, 2016-cı ilin dövlət büdcəsində, neft 50 dollardan hesablansa da, “qara qızıl”ın qiymətinin 37 dollara qədər enməsi hökumətin planlarını pozur. Bu isə büdcəyə yenidən baxılması zərurətini gündəmə gətirib. Qanuna görə, büdcə gəlirləri 30 faizdən çox azalarsa, may ayından tez və oktyabr ayındın gec olmayaraq yenidən baxıla bilər. Bəzi iqtisadçılar büdcəyə daha çevik şəkildə düzəliş edilməsini vacib sayır. Amma bunun əksini düşünənlər də var. “Hazırkı dönəmdə bədcəyə yenidən baxılmasına ehtiyac yoxdur. Ancaq ola bilsin ki, bundan sonrakı dönəmlərdə, dünya bazarlarında neftin qiymətlərinin bundan da aşağı düşməsi belə bir zərurəti yetirsin. Müstəqilliyimizin ilk illərində biz bu təcrübəni yaşamışıq. Yəni buna adi bir hall kimi baxnmaq lazımdır”, deyə kemiş maliyyə naziri Fikrət Yusifov bildirdi. Maliyyə Nazirliyi bəyan edib ki, hazırda gələn ilin dövlət büdcəsinə düzəlişlərin edilməsi məsələsinə baxılır. Qurumun şöbə müdiri Fazil Fərəcov isə bildirir ki, hökumətdə neftin daha aşağı qiymətinə uyğun hesablamalar var: “Bugünkü reallığı nəzərə alaraq neftin barelini 30 dollar olacağı ilə bağlı hesablar aparılıb. Burada bizim itkilərimiz də hesablanıb. Biz də bunun kompensasiya olunması və indeksləşməsi yolunu düşünürük”. Dövlət büdcəsinə yenidən baxılması zərurətini prezident İlham Əliyev də qeyd etmişdi. Dövlət başçısının sözlərinə görə, gələn ilin əvvəlində dürüstləşmə aparılmalıdır.