Qadağa aprel ayının 1-nə qədər qüvvədə olacaq
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İKAO) litium-ion akkumulyatorlarının sərnişin təyyarələrinin göyərtəsində daşınmasını qadağan edib.
Bu barədə BMT orqanlarının məlumatına istinadən “Reuters” məlumat yayıb.
Tədbir bu qəbildən olan yükün daşınmasına dair yeni standartların hazırlanana, aprel ayının 1-nə qədər qüvvədə olacaq. İKAO-nun şurasının prezidentinin sözlərinə görə, təhlükəsizlik standartları 2018-ci ildə hazırlanacaq.
Tədbirin konkret olaraq nəyə toxunacağı və sərnişinlərə necə təsir edəcəyi dəqiqləşdirilmir.
Litium-ion akkumulyatorları müasir texnologiyalarda, o cümlədən də telefon, planşet, fotoaparat və noutbuklarda geniş istifadə edilir. Bundan başqa, “Apple” şirkətinin texnikası və “Tesla” avtomobilləri də bu akkumulyatorlarla təchiz edilib.