Queen Anna yaxtasının dəyəri təxminən 5,7 milyon dollardır
Rusiyalı biznesmenə mənsub olduğu ehtimal edilən super-yaxta Türkiyənin Fethiye kurortunun limanında yanıb.
Bu barədə The Daily Mail məlumat yayıb.
27 metrlik Queen Anna yaxtasında yanğın yanvar ayının 21-də güclü yağış zamanı baş verib.
Alov şahidlərin gözü önündə bütün yaxtanı bürüyüb, alovun yaxınlıqda olan yaxtalara keçməsinin qarşısını almaq üçün yaxtanı təhlükəsiz məsafəyə çəkiblər. Buna baxmayaraq yaxınlıqda olan iki yaxta kiçik zədələr alıb.
Yanğın nəticəsində yaxtanın kapitanı Vladimir Lopata xəsarət alıb, o, nəfəs yollarının zədələnməsi ilə xəstəxanaya yatırılıb. Yanğının səbəbləri araşdırılır.
Boat International nəşrinin məlumatına görə, dəyəri 4 milyon funt sterlinq (5,7 milyon dollar), Princess 95 növündən olan Queen Anna yaxtası 2009-cu ildə istehsal edilib, yaxtada səkkiz VİP sərnişin yerləşə bilirdi. Yaxtanın sahibinə gəldikdə isə onun Rusiya vətəndaşı olduğu məlumdur.
Qeyd edək ki, bu, ilin əvvəlində Türkiyədə baş verən bu qəbildən olan ikinci hadisədir. Yanvar ayının 4-də Marmaris limanında qasırğa zamanı The One və Al Jadaf Barbie yaxtaları yanmışdı.