“Onlar gələcəklərindən məhrum olma riskinə məruz qalıblar”
Hazırda münaqişələrə məruz qalmış dünyanın 22 ölkəsində 24 milyona yaxın uşaq məktəbə getmir.
Bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) bildirib.
“Münaqişələrə məruz qalmış ölkələrdə yaşayan uşaqlar evlərindən, ailə üzvlərindən, dostlarından, adi həyat tərzindən məhrum olublar. Bu gün təhsilsiz qalan uşaqlar gələcəklərini, böyüyəndə cəmiyyətə töfhə vermək imkanını itirmək təhlükəsi ilə üzləşiblər”, deyə UNICEF direktorunun köməkçisi, qurumun qlobal təhsil şöbəsinin rəhbəri Con Burnt vurğulayıb.
Uşaq Fondunun hesablamalarına əsasən, məktəb üzünə həsrət qalan uşaqların əksəriyyəti Əfqanıstanda, Sudanda və Nigerdə yaşayır.
2015-ci ildə 200 mindən çox uşaq Avropada sığınacaq axtarıb. Dünya üzrə 30 milyona yaxın yetkinlik yaşına çatmayanlar öz evlərini tərk etmək məcburiyyətində qalıblar. 250 milyondan çox uşaq isə hərbi münaqişələr davam edən regionlarda yaşamaqda davam edir.