ZİDANA TÜRKİYƏDƏN SÜRPRİZ TƏKLİF

ZİDANA TÜRKİYƏDƏN SÜRPRİZ TƏKLİF "Real”ın ikinci komandası olan "Kastilya”nı çalışdıran Zinəddin Zidan Türkiyəyə köçə bilər

Fransız mütəxəssis "Antalyaspor”dan rəsmi təklif alıb.

Yusuf Şimşəklə yollarını ayırıb komandanı müvəqqəti olaraq hücumçusu Samuel Eto’O-ya tapşıran Antalya klubu ikinci dövrədən etibarən Zidanı klubun sükanı arxasına gətirmək niyyətindədi. Hazır olmadığını bildirərək "Real”a keçməkdən imtina edən "Zizu” Superliqa klubunun təklifinə "yox” cavabını verməyib və düşünmək üçün vaxt istəyib.

"Antalyaspor” həmçinin digər əfsanəvi futbolçu Klarens Zedorfla da danışıqlara başlayıb. Əgər Zidanla orta məxrəcə gəlmək mümkün olmasa, o zaman antalyalılar hollandiyalı mütəxəssisi gətirməyə çalışacaqlar.

Oxşar xəbərlər