“Bu, silahlanmış quldur dəstələridir”
Liviya lideri Muammar Qəddafi Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyeri Avropa üçün islam terrorizmi təhlükəsi barədə xəbərdar etmişdi.
Bu, Böyük Britaniyanın parlamentinin xarici işlər üzrə komitəsinin cümə axşamı dərc etdiyi iki siyasətçinin telefon danışıqlarının şifrəsinin açıqlanmasından məlum olub, The Telegraph yazır.
Qəddafi 2011-ci ilin fevral ayının 25-də Liviyada iğtişaşlar başlayarkən Blera ölkəni “Əl Qaidə”dən müdafiə etməyə çalışdığını izah edib.
“Biz onlara hücum etmirik, onlar bizə hücum edir. Mən sizə həqiqəti demək istəyirəm. Bu əhvalat elə də qarmaqarışıq deyil, hər şey çox sadədir: Şimali Afrikada “Əl Qaidə”nin yatmış hücrələri əmələ gəlib. Bu hücrələr Amerikada sentyabrın 11-də olan hücrələri xatırladır”, - Qəddafi deyib.
“Ekstremistlər silah əldə ediblər və insanlarda qorxu yaradırlar. İnsanlar evlərindən çıxa bilmirlər. Amma real vəziyyəti izah edən yoxdu, burada xarici müxbirlər yoxdur. Biz bütün dünya müxbirlərindən gəlmələrini xahiş etmişdik ki, gəlib həqiqi mənzərəni görsünlər. Bu, silahlanmış quldur dəstələridir. Onlarla razılığa gəlmək mümkün deyil”, - Qəddafi əlavə edib.
“Onlar Aralıq dənizinə nəzarət etmək istəyirlər, sonra isə Avropaya hücum edəcəklər”, - Liviya lideri xəbərdarlıq edib. Bler öz növbəsində sülh yolu ilə tənzimləmədən danışıb.
Bu söhbətdən üç həftə sonra Böyük Britaniyanın daxil olduğu qərb ölkələri koalisiyası Liviyaya aviazərbələr endirməyə başladı, bu Müəmmər Qəddafinin süqutuna gətirib çıxardı, The Telegraph yazır.
Nəşr qeyd edir ki, Toni Bler öz növbəsində Qəddafiyə zəng edərək onu Liviyanı tərk etmək üçün yola gətirməyə çalışıb.
“Deyəsən Qəddafinin xəbərdarlığı təsdiqləndi, məqalədə deyilir. – Onun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Liviya süquta sürükləndi və indi də vətəndaş müharibəsinə mübtəla olub. Bir çox ərazilər “İslam dövləti” (İŞİD) qruplaşması ilə əlaqəsi olan dini ekstremistlər tərəfindən zəbt edilib. İŞİD-in Fransaya göndərdikləri terrorçular noyabrda Parisdə terror aktı törətdilər”.
Xarici işlər üzrə Komitənin sədri Krispin Blant bəyan edib ki, komitə Liviyada baş verən hadisələrin tədqiqi çərçivəsində Qəddafinin “öncədən verilən xəbərdarlıqlarını” nəzərdən keçirəcək.
Onun sözlərinə görə, hal-hazırda əldə olan məlumatlar Qəddafinin həm Liviya xalqı, həm də qərbin maraqları üçün intervensiya risklərinə dair qərb siyasətçilərindən daha uzaqgörən olduğunu sübut edir”.