Elza Seyidcahan İlham Əliyevə şeir həsr etdi

Elza Seyidcahan İlham Əliyevə şeir həsr etdi Bu gün Prezident İlham Əliyevin 54 yaşı tamam olur

Ölkə başçısının doğum günü münasibəti ilə əməkdar artist Elza Seyidcahan prezidentə şeir həsr edib.

Sözgedən şeiri olduğu kimi təqdim edirik:

Prezidentimiz, İlhamımız

Sizsiniz bizim dayağımız.

Sizə vardır inamımız, gümanımız

Sizinlə fəxr duymağımız

Güvənirik, şüarımız

Siz arxamız, dayağımız

Tanrı sizi bizə verdi

Ali Baş Komandanımız.

Bu gün rahat ölkəmizdə qorxusuzuq

Sizə borcluyuq!

Ona borcluyuq!

Gözəl ayın, gözəl günündə gəldiniz.

Möhtərəm prezidentimizsiniz!

Dərin hörmət, ehtiramla

Əminamanlıq içində.

Tanrı sizi pənahında saxlasın

Xoş günlərlə gələcəyə aparsın! Amin!

Oxşar xəbərlər