İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb

İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb Prezidenti dövlət və hökumət nümayəndələri yola saldılar

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri dekabrın 11-də başa çatıb, AzərTac xəbər verir.

Azərbaycanın və Çinin dövlət bayraqlarının dalğalandığı Pekin şəhərinin beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Çinin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri yola saldılar.

Oxşar xəbərlər