Azərbaycan ərazisi tarixi və dini abidələrlə zəngindir

Azərbaycan ərazisi tarixi və dini abidələrlə zəngindir
Azərbaycan xalqı 44 günlük vətən müharibəsini qalibiyyətlə başa vuraraq öz qəhrəmanlıq tarixində yeni bir səhifə açdı. Bu müharibə xalqımızın birliyinin,öz haqqı uğrunda mübarizəsinin bariz nümunəsidir.
Bu qələbə Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı.
Vətən müharibəsinin gedişində Füzuli rayonunun Çimən,Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edildi.
İşğaldan əvvəl Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusilədə türbələrlə zəngin bir ərazi olmuşdur.İşğal zamanı erməni təcavüzkarları tərəfindən Füzuli rayonuna həm maddi həm də mənəvi zərər dəymişdir. İşğaldan sonra Prezident İlham Əliyevin sərəncamı əsasında Füzulidə abadlıq işləri aparılmış və abidələrimiz bərpa olmuşdur.
Azərbaycan ərazisi tarixi və dini abidələrlə zəngindir. Bu ərazilərdən biridə Füzuli rayonudur. Füzuli rayonunun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə zəngindir. Füzuli rayonunun ərazisi xüsusən türbələrlə zəngindir. Həmin abidələrə rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub türbəsini XIII əsr, Aşağı Veysəlli kəndində Mirəli türbəsini XIV əsr, Əhmədalılar kəndində orta əsrlər qəbiristanlığındakı türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini qeyd etmək olar. Füzuli rayonunda Qarğabasar kəndinin mərkəzindəki karvansaranın tarixi XVII ərsə aiddir.
Rayonun aşağı Veysəlli kəndində Mirəli türbəsi,bundan başqa rayonda Qoçəhmədi, Qacar, Dədəli, Mərdanlı, Böyük Bəhmənli, Yuxarı Veysəlli, Aşağı Diləğarda məscidləri. Qoçəhmədi kəndindəki XVII əsrə aid məscid və yaşayış binası, Horadiz qəsəbəsindəki XIX əsrə aid məscid və İmamzadə türbəsi, Qacar, Böyük Pirəhmədli, Mehdili kəndlərindəki XIX əsrə aid məscidlər, Saracıq və Gorazılı kəndlərindəki XIX əsrə aid körpülər Füzulinin tarixi abidələridir. Bu tarixi abidələr bizim Azərbaycanın mədəni irsidir bunları qoruyub gələcək nəsillərə çatdırıb tariximizi yaşatmaq hamının borcudur.


Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Nuranə Quliyeva

Oxşar xəbərlər