Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak etməsi ölkələrimiz arasında inkişaf etmiş əlaqələrdən xəbər verir. Xalqlarımızı çoxəsrlik tarix , mədəniyyət , din və ortaq dəyərlər birləşdirir.
Mərkəzi Asiya ölkələrinin Qarabağın bərpasına dəstəyi də qardaşlıq münasibətlərinin əyani göstəricisidir. . Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib.Bütün bu fəaliyyətlər ölkələrimiz arasındakı münasibətlərin vacib göstəricisidir.
İnkişaf edən qarşılıqlı münasibətlərin önəmli göstəricisi hərb sahəsində də özünü göstərir. Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Ölkəmizdəki hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil alması hərbi əməkdaşlıq sahəsində münasibətlərin göstəricisidir.
Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Qarşılıqlı münasibətlər istər nəqliyyat-tranzit sahəsində,istərsə də rəqəmsal infrastruktur sahəsində də özünü göstərir.Mühüm investisiya layihələri də qarşılıqlı addımlardandır.
Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA mütləq qeyd olunmalıdır. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir.
Sabunçu qəsəbəsi, 155saylı tam orta məktəbin ibtidai sinif müəllimi Günay Əhmədova