Cənab Prezident İlham Əliyevin 14 sentyabr 2023-cü il tarixində Tacikistan səfəri ölkəmizin iqtisadiyyatının və qüdrətinin bariz nümunəsidir. Ölkəmizin logistika imkanları Orta Asiya ölkələri ilə əlaqəsi qurmaqda böyük əhəmiyyət kəsb edir.
Son dövrlərdə Türk xalqlarının yaxınlaşma siyasəti, həmçinin Orta Asiya dövlətlərinin Türkiyə və Azərbaycanla yaxınlığı bu görüşləri daha da sıx və tez-tez həyata keçirmək zərurətini yaratmışdır.
Türk xalqları və eyni zamanda regionda yerləşən digər dövlətlərlə yaxınlıq qüdrətimizi artırır. Həmçinin bu yaxınlıq təkcə iqtisadiyyata deyil, həm də güclü siyasətimizin nəticəsidir. Cənab Prezidentimiz İlham Əliyev regionun və dünyanın ən uzaqgörən siyasətçisidir.
Cənab Prezidentimiz tacik və Azərbaycan xalqlarının tarixi yaxınlığını, qardaşlıq köklərimizi nəzərə alaraq bu əlaqələri daha da yüksək həddə çatıb çatdırmağa çalışır.
Bizi Orta Asiya xalqları ilə ortaq köklər qardaşlıq bağlayır. Bu mədəni köklər dövlətarası əlaqələri möhkəm bünövrəsini təşkil edir. Bu qardaşlıq münasibətlərini yeni formatda inkişaf etdirən Cənab Prezidentimizin siyasətini alqışlayırıq.
Birgə əməkdaşlığımız kənd təsərüüfatı, heyvandarlıq, ipəkçilik, bağçılıq sahəsində layihələr həyata keçirilmişdir. Nəqliyyat və loqistina sahəsində də münasibətlərimiz yüksək səviyyədədir. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Bu sahədə etibarlı olmaq əsas şərtdir. Çünki qardaş ölkələr arasında götürdüyü öhdəliklər yerinə yetirmək dövlətin və dövlət başçısının ciddi siyasətindən xəbər verir.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva