Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasında əlaqələr qədim dövrlərə gedib çıxır. İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmindən də xeyli inkişaf edib.Müstəqillik illərində iki qardaş ölkə arasındakı əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.
Şavkat Mirziyoyevin də Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini məhz Azərbaycana etməsi xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin əyani göstəricisidir.Bu səfəri əlamətdar hal kimi qiymətləndirən prezident İlham Əliyev Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsindən də söz açıb. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Bu amil qardaşlıq, həmrəylik və dəstək jestidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.
Səfər çərçivəsində təşkil olunmuş səmərəli görüşlər ümidverici perspektivlərdən xəbər verir. Səfər çərçivəsində imzalanan vacib sənədlərdən biri də Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Bir sıra sahələrdə iki qardaş xalq arasında imzalanan bir sıra vacib sənədlər istər enerji sahəsində,istərsə də nəqliyyat-logistika sahəsində,eləcə də bir sıra sahələrdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.
Azərbaycan və Özbəkistan ictimaiyyəti aparılan danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki icrasında görəcəklər.İnanırıq ki,bu qardaşlıq münasibəti iki qardaş xalq arasında hər zaman davam edəcəkdir.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Günay Əhmədova