Trampdan Venesuela açıqlaması: Razılıq lazım deyil, xəbər verəcəyik

Trampdan Venesuela açıqlaması: Razılıq lazım deyil, xəbər verəcəyik “Ola bilsin Maduro ilə bəzi danışıqlarımız olsun və bunun necə nəticələnəcəyini görəcəyik. Onlar danışmaq istəyirlər”.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Venesuela məsələsinin Konqresdə müzakirə edilib-edilmədiyinə gəldikdə Tramp deyib ki, Konqresi işə cəlb etmək istəyirlər.

Konqresə məlumat vermək üçün ABŞ dövlət katibi Marko Rubionu məsul təyin etdiyini deyən Tramp bildirib ki, onların razılığını almalı deyillər, amma onları məlumatlandırmaq yaxşı bir şeydir: “Onların etmələrini istəmədiyim tək şey, ordu, MKİ kimi qurumları riskə atacaq çox vacib və məxfi məlumatları sızdırmaqdır".

Oxşar xəbərlər