Rəsmi İrəvan və onun beynəlxalq himayədarları Ermənistanın Avropa məkanına inteqrasiyası üçün bütün imkanlardan istifadə etsələr də, buna qətiyyən nail ola bilmirlər... Rəsmi Bakının isə Azərbaycanı Avropa məkanına inteqrasiyası etdirmək kimi bir hədəfi və ya niyyəti yoxdur, çünki ölkəmizin inkişaf perspektivləri üçün buna qətiyyən ehtiyac duyulmur...
Azərbaycan son illərdə böyük sürətlə beynəlxalq imicini və təsir gücünü artırır. Rəsmi Bakı Azərbaycanın beynəlxalq münasibətlərini birmənalı şəkildə qarşılıqlı maraqlar və bərabərhüquqlu əlaqələr üzərində qurur. Ona görə də, hazırda Azərbaycan beynəlxalq arenada siyasi-diplomatik mövqelərini möhkəmləndirməyə nail olub. Və bu, yaxın gələcəkdə Azərbaycanın beynəlxalq proseslərin əsas iştirakçıları sırasında yer almasına münbit şərait yaradır.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı Avropa Birliyinin bir çox nüfuzlu dövlətləri ilə Azərbaycanın qarşılıqlı münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa nail olub. Hazırda Azərbaycan hətta Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşıdır. Brüsseldə Avropanın enerji ehtiyaclarının təmin edilməsi baxımından, Azərbaycana xüsusi yer ayrıldığını qətiyyən gizlətmirlər. Və bu, bəzi bəzi beynəlxalq ermənipərəst siyasi dairələrdə, xüsusilə də, Fransada kifayət qədər ciddi qıcıq doğurur.
Ancaq Azərbaycanın əleyhdarı olan həmin dairələr rəsmi Bakının tədricən Avropaya nüfuz etməsinə müqavimət göstərməkdə çətinlik çəkirlər. Çünki indi Avropa Birliyi Azərbaycana deyil, əksinə, Azərbaycan Avropa Birliyinə lazımdır. Azərbaycan Avropa Birliyinin ehtiyac duyduğu enerji resurslarına sahibdir. Və belə zəngin enerji qaynağına çıxış qazanmaq üçün isə məhz Azərbaycan ilə yaxşı münasibətlər qurmağı bacarmaq vacibdir.
Maraqlıdır ki, bəzi Şərqi Avropa dövlətləri bu önəmli reallığı artıq özləri üçün dəqiqləşdirməyə imkan tapıblar. Ona görə də, həmin dövlətlərin siyasi liderlərinin bir-birinin ardınca Bakıya rəsmi və işgüzar səfərlərə gəlməsi qətiyyən təəssüfi deyil. Hər halda, indi Şərqi Avropa ölkələrinin mütləq əksəriyyəti Azərbaycanın strateji tərəfdaşıdır. Və bu, Azərbaycanın beynəlxalq məkanda siyasi-diplomatik təsir gücünün artmasında önəmli faktor rolunu oynayır.
Məsələ ondadır ki, Serbiya Azərbaycanın beynəlxalq dostları sırasına daxildir. Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi kimi təmsil olunmaqla yanaşı, Azərbaycanın strateji tərəfdaşıdır. Hətta Macarıstan bir müddət öncə Avropa Birliyinin Sülh Fondundan Ermənistana hərbi məqsədlər üçün maliyyə vəsaiti ayrılması barədə layihəni veto edərək, bloklayıb. Və öz mövqeyini dəyişmək üçün həmin proqrama Azərbaycanın da daxil edilməsini əsas şərt kimi irəli sürüb.
Avropa Birliyinin nüfuzlu üzvlərindən olan İtaliya isə Fransanın ermənipərəst mövqeyini, Azərbaycana qarşı qərəzli ittihamlar irəli sürməsini sərt şəkildə tənqid edib. Rəsmi Bakının enerji diplomatiyası faktiki olaraq, Azərbaycanın beynəlxalq rəqiblərinin, o cümlədən, Fransanın məkrli oyunlarını iflasa uğradır. Azərbaycanın beynəlxalq səviyyədə siyasi iradə sahibinə çevrilməsinə geniş imkanlar açır. Və Avropaya daha da yaxınlaşmasını təmin edir.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakının enerji diplomatiyası son vaxtlar öz əhatə dairəsini daha da genişləndirməyə başlayıb. Azərbaycan son vaxtlara qədər Avropanın 8 ölkəsinə enerji resursları ixrac edirdisə, indi onların sırasına Slovakiya da əlavə olunub. Belə ki, bir neçə gün öncə Slovakiyanın baş naziri Robert Fitso Azərbaycana səfər edib. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya baş naziri Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya əməkdaşlıq sənədlərinin imzalanması mərasimi olub. Həmin sənədlərin sırasında Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlıq barədə Birgə Bəyannamə də yer alır.
Slovakiya baş nazirinin ardınca isə Bolqarıstan prezidenti Rumen Radev də Azərbaycana rəsmi səfər edib. Bu Şərqi Avropa ölkəsi hələ 2015-ci ildən Azərbaycanın strateji tərəfdaşıdır. Son vaxtlar iki ölkə arasında ticarət dövriyyəsi də bir neçə dəfə artıb. Bunun əsas səbəbi isə enerji sektorundakı əməkdaşlıqdır. Xüsusilə də, son illərdə Azərbaycan Bolqarıstana təbii qaz ixracını ciddi şəkildə artırıb. Hazırda Bolqarıstanın təbii qaza olan ehtiyaclarının təqribən 50 faizi Azərbaycanın enerji resursları hesabına ödənilir.
Onu da qeyd etmək lazımdır ki, Bolqarıstan həm də təbii qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Belə ki, Azərbaycan təbii qazı Bolqarıstan ərazisindən digər qonşu dövlətlərlərə də ixrac edilir və gələcəkdə bu ölkələrin sayının daha da artacağı bildirilir. Ümumiyyətlə, Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsi müsbət dinamika üzrə inkişaf edir və energetika sahəsindəki əməkdaşlıq ön planda yer alır.
Çünki Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən də Bolqarıstanla “yaşıl enerji” layihəsi üzrə geniş əməkdaşlıq mərhələsinə start verib. Azərbaycan tədricən Avropa məkanı üçün yalnız neft-qaz təchizatçısı deyil, eyni zamanda, "yaşıl enerji" qaynağına da çevrilməyə başlayıb. Üstəlik, Azərbaycan Avropa Birliyini Asiya qitəsi ilə birləşdirəcək əsas nəqliyyat-kommunikasiya marşrutunun da üzərində yerləşir. Və bu marşrutun logistika təminatçısı rolunda da məhz Azərbaycan çıxış edir.Bütün bunlar onu göstərir ki, Avropa Birliyi üçün Azərbaycan olduqca önəmli və etibarlı enerji təhlükəsizliyi tərəfdaşıdır. Avropa məkanında olan dövlətlər enerji resursları ilə zəngin və geniş tranzit potensialına malik olan Azərbaycanla strateji tərəfdaşlıqda birbaşa maraqlıdır. Rəsmi Bakı bütün bunlardan yalnız Azərbaycanın iqtisadi-ticari gəlirlərinin artırılması məqsədilə istifadə etməklə kifayətlənmir.
Əksinə, Azərbaycanın bu imkanları həm də siyasi-diplomatik hədəflərin reallaşmasında stimulverici faktora çevrilib. Rəsmi Bakı Azərbaycana qarşı beynəlxalq təzyiqləri məhz enerji diplomatiyası sayəsində dəf etməyi bacarır. Və bu, o deməkdir ki, rəsmi Bakı siyasi-diplomatik hədəflərlə enerji faktorunun sintezinə artıq böyük ölçüdə nail olub.
Bütün bunların əsas nəticələri isə geopolitik məkanda özünü qabarıq şəkildə göstərir. Belə ki, rəsmi İrəvan və onun beynəlxalq himayədarları Ermənistanın Avropa məkanına inteqrasiyası üçün bütün imkanlardan istifadə edirlər. Ancaq buna qətiyyən nail ola bilmirlər.
Rəsmi Bakının isə Azərbaycanı Avropa məkanına inteqrasiyası etdirmək kimi bir hədəfi və ya niyyəti yoxdur. Çünki Azərbaycanın inkişaf perspektivləri üçün buna qətiyyən ehtiyac duyulmur. Və bu səbəbdən də, Avropa dövlətlərinin özləri hazırda həm enerji təhlükəsizliyi, həm də nəqliyyat-kommunikasiya resursları baxımdan, olduqca cazibədar ölkə olan Azərbaycana inteqrasiya etməyə başlayıb.(musavat.com)