Bu məktəbdə şagirdlər köçürülür - Qurumdan AÇIQLAMA

Bu məktəbdə şagirdlər köçürülür - Qurumdan AÇIQLAMA Qəzalı vəziyyətə düşən təhsil ocağında şagirdlərin həyatı təhlükədədir. Bu məktəblərdən biri olan Sumqayıt şəhər Təbiət Elmləri Təmayülü gimnaziyada dərs keçmək üçün şagirdlərin heç normal sinifləri yoxdur. Valideynlər iddia edirlər ki, artıq bir neçə həftədir təhsil ocağında təhlükə hiss olunur. Dediklərinə görə, hətta xəsarət alan müəllimə belə olub. Şagirdlərin bir qismi başqa məktəbə köçürülüb.

Bəs bu qəzalı bina ilə bağlı qurumlar nə düşünür?

milli.az xəbər verir ki, Təbiət Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov şagird və valideynlərin istedat liseyində vəziyyətlə bağlı narahatlığını haqlı sayır.

Bəs şagirdlər nə vaxta kimi başqa məktəbdə dərs keçəcək?

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirildi ki, gimnaziyanın binası ilə mövcud vəziyyətin aradan qaldırılması üçün aidiyyatı qurumlarla birgə addımlar atılır. Bu istiqamətdə müvafiq tədbirlər görülür.

Oxşar xəbərlər