Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da birgə mətbuat konfransı keçiriblər. Kansler Olaf Şolts bəyanatında bildirdi ki, yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri Azərbaycanda əməkdaşlıq etməyə maraqlıdırlar, əsasən də, hidrogen və bərpaolunan enerji sahələrində. O, bunun üçün müvafiq çərçivə şərtləri mövcud olmasını bildirib.
Kansler Olaf Şolts Bakıda keçiriləcək Dünya İqlim Konfransının region üçün böyük şanslar gətirəcəyini qeyd edib: “Biz iqlim siyasətinə aid sualları və Dubayda qəbul olunan qərarları birgə müzakirə edib yenidən qiymətləndirərək 2035-ci ilə qədər yeni iqlim məqsədləri, hədəfləri formalaşdıra və təbii ki, eyni zamanda, iqlim maliyyələşdirmə məsələsini də irəliyə apara bilərik”. O Cənab Prezident İlham Əliyevə, çətin dövrdə müxtəlif sahələr üzrə apardıqları danışıqlara görə təşəkkürünü bildirib.
Daha sonra Cənab Prezident İlham Əliyev bəyanatla çıxış etdi: “COP29-a ev sahibliyi etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir”.
Cənab Prezident İlham Əliyev qeyd edib ki, Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələbat artır. Prezident İlham Əliyev, 2021-ci ildə ölkəmizin Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etdiyini, bu il bu rəqəmin 12 milyarda çatdığını bildirib. “Biz əlavə sərmayə qoyuruq, əlavə vəsait ayırırıq ki, Avropa ölkələrini bu məsələdə dəstəkləyək. Beləliklə, həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır” - dövlətimizin başçısı qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransında dövlətimizin başçısı ölkəmiz üçün önəmli məqamları bir daha vurğulamışdır: “Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad etmişdir. Keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Təbii ki, bu, tarixi nailiyyətdir və onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri aprelin 26-da başa çatıb.
Pirşağı qəsəbəsi, 112 №-li tam orta məktəbin
Təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva