Azərbaycanın NATO ilə aparılan dialoqları hal –hazırda da uğurla davam edir

Azərbaycanın NATO ilə aparılan dialoqları hal –hazırda da uğurla davam edir Azərbaycanın NATO ilə tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Prezident İlham Əliyev cari ilin 17 mart tarixində NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda da bu və bu kimi müxtəlif mühüm məsələlərə toxunulub.
Uzun illərdi ki Azərbaycan və NATO arasında Azərbaycan –Ermənistan arasında olan münaqişə müzakirə olunurdu. Ancaq artıq 3 ildən çoxdur ki, bu məsələ müzakirə olunmur. Azərbaycan BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə etdi. Münaqişə hərbi-siyasi yolla həll edildi.
Azərbaycan - NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. . Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” (SNT) sazişini imzalayıb. Və beləliklə NATO Azərbaycan əlaqələri inkişaf etməyə başlayıb.
Azərbaycan Respublikası 1997-ci ilin iyulunda NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub. Bu şuraya dövlətlər əməkdaşlıq etmək və bir sıra siyasi və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün bir araya gəlirlər. 1999-cu ildə Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara qoşulub. Bu, ölkəmiz üçün böyük təcrübə olub. Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-ya Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını (FTƏP) təqdim edib. Azərbaycan həmçinin 2003-cü ildə “Virtual İpək Yolu”na qoşulub. Azərbaycanın axtarış-xilasetmə taqımı Rumıniyada keçirilən mülki müdafiə qüvvələrinin fövqəladə xilasetmə təlim məşğələsində 2004-cü ildə iştirak edib.
Azərbaycan NATO-nun rəhbərliyi altında Əfqanıstanda olan silahlı qüvvələri dəstəkləmək üçün 2002-ci ildə ora hərbi bölmə göndərib 20 noyabr 2002-ci il tarixindən etibarən Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunun 22 nəfərlik heyəti Əfqanıstandakı əməliyyata cəlb olunmuşdur. 15 yanvar 2008-ci il tarixində Əfqanıstanda xidmət edən Azərbaycan hərbçilərinin sayı 45 nəfər çatdırılmış və 19 fevral 2009-cu il tarixində isə bu rəqəm daha iki dəfə artmışdır.
Azərbaycanın NATO ilə aparılan dialoqları hal –hazırda da uğurla davam edir.

Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
psixoloqu Gülarə İsmayılova


Oxşar xəbərlər