Şimali Atlantika Müqaviləsi Təşkilatı — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 30 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir.
Azərbaycanla NATO arasındakı əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması ilə başladı. NATO ilə Azərbaycan arasında əhəmiyyətli tərəfdaşlıq 1994-cü ilə təsadüf edir.[Azərbaycan Prezidenti Heydər Əliyevin 21 noyabr tarixli fərmanı ilə 1997-ci ildə NATO-da diplomatik nümayəndəlik təsis edildi.
Azərbaycan 2002-ci ilin noyabrında NATO PA-nın qərarı ilə assosiativ üzv oldu və 2004-cü ilin martında NATO Əməliyyat İmkanları Konsepsiyasına qoşuldu. 28 iyun 2004-cü ildə İstanbul Zirvəsində Qafqaz bölgəsi müzakirə edildi və üzv dövlətlər Qafqaz və Orta Asiya üzrə nümayəndə vəzifəsi yaratmaq qərarına gəldilər. Sentyabrın 15-də NATO baş katibinin Qafqaz üzrə ilk xüsusi nümayəndəsi təyin edildi.
İlham Əliyevin səlahiyyətləri dövründə NATO ilə Azərbaycan arasında əməkdaşlıq 2004-cü ildə Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına qoşulduğu üçün genişləndirildi. Prezident, 17 sentyabr 2004-cü ildə FTP sənədində göstərilən təhlükəsizlik sektorunda islahatlar həyata keçirmək məqsədi ilə Azərbaycanın Milli Təhlükəsizlik Siyasəti üzrə İşçi Qrupunun yaradılması haqqında fərman imzaladı. Azərbaycanın ilk FTP-ı 27 may 2005-ci ildə MAK tərəfindən təsdiq edildikdən sonra, İlham Əliyev FTP-ın icrası haqqında avqustun 3-də fərman imzaladı. 7 mart 2008-ci ildə ikinci FTP haqqında NATO ilə Azərbaycan arasında müqavilə imzalandı. Azərbaycan birinci (2005-2007), ikinci (2008-2010), üçüncü (2011-2013) və dördüncü dövr (2015-2016) üçün NATO-Azərbaycan FTP sənədlərini tamamladı.
NATO-ya üzv ölkələr 28-29 noyabr 2006-cı ildə Riqada keçirilən Şimali Atlantika Şurası toplantısında, 2-4 aprel 2008-ci ildə Buxarestdə keçirilən NATO/EAPC və ISAF və 3-4 aprel 2009-cu ildə Strasburqda keçirilən zirvələrdə verilən bəyannamələr çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Azərbaycan Prezidenti 2012-ci ildə Çikaqoda,2014-cü ilin sentyabrında Uelsdə, 2016-cı ilin iyulunda Varşavada. NATO Sammiti zamanı Əfqanıstanla bağlı Dövlət və Hökumət Başçılarının Görüşlərində iştirak etmişdi.
Sabunçu rayonu, Maştağa qəsəbəsi, 28 nömrəli məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə