Ölkəmiz bu gün yüksək beynəlxalq nüfuza malik olub, Cənubi Qafqazın lider dövləti kimi tanınır. Sürətlə inkişaf edən dövlətimizə qarşı Qərb siyasi dairələri həmişə ikili standartlardan çıxış ediblər. Uzun müddət Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı sülh yolu ilə azad etməyə çalışan dövlətimiz hər dəfə beynəlxalq təşkilatların etinasızlığı ilə üzləşmişdir. Ermənistan hökuməti hər dəfə müxtəlif bəhanələrlə danışıqlardan imtina edir və torpaqlarımızı uzun müddət işğalda saxlamağa çalışırdı. Azərbaycan xalqı və dövləti heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildi. Ermənistan hökumətinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan hərəkətləri günbəgün Ermənistanın sonunu yaxınlaşdırırdı. Bu gün Dövlətimiz qalib dövlət kimi, Ali Baş Komandanımız qalib lider kimi “Qarabağ Azərbaycandır “ şüarı altında birləşən Azərbaycan xalqının əzmkarlığını, qəhrəmanlığını, birliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində işğal altında qalan torpaqlarını azad etməklə tarixi ədaləti bərpa etdi. İkinci Qarabağ müharibəsində qazanılmış Şanlı Qələbə nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlar azad edildi. Qarabağ münaqişəsinə son qoyuldu.Bu gün işğaldan azad edilən torpaqlarımızda quruculuq,abadlıq işləri sürətlə davam etdirilir.Ölkəmiz dayanıqlı inkişafa,möhkəm siyasi sabitliyə malik olan ölkədir.Dövlətimiz regionda sabitliyi qorumaq ,sülhü bərqərar etmək məqsədilə Ermanistan hökumətini sülh sazişini imzalamağa və erməni siyasi rəhbərliyini başlıca addımı ataraq, respublikamızın Qarabağ iqtisadi rayonu da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü sülh sazişində öz rəsmi imzası ilə təsdiq etməyə çağırır.
Prezident İlham Əliyevin də vurğuladığı ki, Azərbaycan sülh prosesinə sadiqdir və İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra hər zaman sülh danışıqları təşəbbüsü ilə çıxış edən ölkəmiz haqqın, ədalətin, sülhün tərəfdarıdır. Azərbaycan dövləti hər zaman danışıq proseslərinə hazırdır, sülh proseslərinə sadiqdir.Azərbaycan güclü dövlətdir və heç bir qüvvə bizə nəyisə diqtə edə bilməz!
Sabunçu qəsəbəsi, 155№li tam orta məktəbin
ibtidai sinif müəllimi Natəvan Nəsirova