Ermənistanla sülh müqaviləsinin imzalanmasının bütün regionda sülhün və təhlükəsizliyinin təmini baxımından mühüm əhəmiyyətə malikdir

Ermənistanla sülh müqaviləsinin imzalanmasının bütün regionda sülhün və təhlükəsizliyinin təmini baxımından mühüm əhəmiyyətə malikdir
"Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq" bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında bildirib. Tarixdə sülh sazişini imzalamayan ölkələrin olduğunu diqqətə çatdıran dövlət başçısı “Sülhün olmaması nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq” fikirlərini bildirib.
Əslində isə Ermənistan onu anlamalıdır ki, onu düşdüyü çətin vəziyyətdən yeganə çıxış yolu Azərbaycanın təklif etdiyi sülh sazişi ilə razılaşmaqdan keçir. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı ordumuz tarixi qələbəsi ilə regionda yeni reallıqlar yaradıb. Sarılmaz ordumuz 30 il ərzində Ermənistanın işğal altında saxladığı torpaqları azadlığına qovuşdurmaqla yanaşı, böyük humanizm nümayiş etdirərək İrəvana sülh və əməkdaşlıq təklifi ilə çıxış edib.
Sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edənin Azərbaycan olduğunu bir daha diqqətə çatdıran Prezident İlham Əliyev Şuşadan bütün dünyaya mesaj verib. Dövlət başçısı, Ermənistanla sülh müqaviləsinin imzalanmasının bütün regionda sülhün və təhlükəsizliyinin təmini baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Ermənistanla Azərbaycan arasında davam edən sülh danışıqları rəsmi İrəvanın tutduğu qeyri-konstruktiv mövqeyə görə çox asta templə irəliləyir. Ermənistanda siyasi dairələr vəziyyəti düzgün formada başa düşməli və uzun illər ərzində davam etdirdiyi işğalçılıq siyasəti nəticəsində Ermənistanın regionda gedən bütün inkişaf proseslərindən, iri layihələrdən kənarda qaldığının fərqinə varmalıdırlar. Onu da düzgün qiymətləndirməlidirlər ki, bu gün Azərbaycanla sülh müqaviləsini imzalamaq və əməkdaşlıq Ermənistana yeni-yeni imkanlar açır, onu regionda təcrid vəziyyətindən xilas edir.
“Düşünürəm ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır” – dövlət başçısının bu mesajından isə Ermənistan və eyni zamanda, onun havadarları vaxt itirmədən nəticə çıxarmalıdırlar. Ermənistan kənarda özünə havadar axtarmaq strategiyasından əl çəkib Azərbaycanla və region ölkələri ilə normal qonşuluq münasibətləri qurmağa başlasa, əldə edəcəyi prespektivlər onun yararına olacaq.
Azərbaycan hələ də ümid edir ki, rəsmi İrəvan məntiqli davranacaq və 30 illik işğal, 3 illik postmüharibə dönəmində buraxdığı səhvləri dərindən düşünəcək və həqiqətləri görməyə başlayacaq.

Bakıxanov qəsəbəsi, 74 nömrəli məktəbin
ibtidai sinif müəllimi Xalidə Abasquliyeva


Oxşar xəbərlər