Azərbaycan 30 il ərzində Ermənistan ilə yaşanan münaqişələri həll etməyə müvəffəq oldu. Əsasən bu münaqişələr Dağlıq Qarabağ ərazisində baş vermişdir və regionun əhalisi arasında tarixi, etnik və siyasi münaqişələrə səbəb olmuşdur. Azərbaycan dövləti münaqişəni sülh yolu ilə həll etmək üçün 30 il ərzində əlindən gələn bütün səyləri göstərmişdir, lakin Ermənistan dövləti buna mane olmuşdur. İlkin olaraq, Azərbaycan və Ermənistan arasında 1994-cü il noyabr ayında hər iki dövlət tərəfindən imzalanan atəşkəs sazişi ilə münaqişənin müvəqqəti olaraq dayandırılmasına nail olundu. Lakin, Dağlıq Qarabağın statusu kimi əsaslı məsələdə razılığa gəlmək mümkün olmadı və beləliklə münaqişələr sülh yolu ilə həll edilmədi. Daha sonralar, münaqişənin həllinə müvəffəq olmaq məqsədi ilə müxtəlif diplomatik formatlarda danışıqlar aparılır. Bu danışıqlar beynəlxalq təşkilatlar və region üçün əhəmiyyət kəsb edirdi. Nəhayətində, münaqişənin həllinə nail olmaq üçün hökümətlər arasında müzakirələr aparılır və sülh sazişi imzalanırdı ancaq yenə də qarşı tərəf bu sazişə əməl etmirdi. Erməni diasporası münaqişənin gedişinə təsir etmək üçün fəaliyyət göstərdikləri ölkələrdə uydurma iddialar əsasında təbliğatlar aparırdılar və münaqişələri öz mənfəətlərinə uyğun həll etməyə yönəldirdilər. Sonunda Dağlıq Qarabağ münaqişəsində yaşanan 2020-ci il sentyabr döyüşləri regiondakı gərginliyi daha da artırdı. Bu döyüşlərdə Azərbaycan silahlı qüvvələri işğal altında olan əraziləri geri qaytarmaq məqsədi ilə müharibəyə başladı.
44 gün davam edən müharibədə Azərbaycan ordusu Ermənistan ordusunu darmadağın etdi və bizim unudulmaz qəhraman əsgərlərimiz düşməni ağ bayraq qaldırmağa məcbur etdilər. Nəticədə Azərbaycan Dağlıq Qarabağın bir sıra ərazilərini işğal altından azad etdi. Bu döyüşlərdə əsas məqsəd münaqişəni həll etmək və regionda sülh və təhlükəsizlik yaratmaq idi. Nəhayət, Azərbaycan höküməti yenə də öz böyüklüyünü göstərərək münaqişəni həll etmək üçün sülh danışıqlarına hazır olduğunu bildirdi. Ermənistan da həll prosesinə cəlb olunmağa məcbur razılaşdı. Bu hadisələr bölgə üçün əhəmiyyətli bir dönüş prosesi oldu. Həmin sülh sazişi ilə birlikdə beynəlxalq təşkilatlar və medianın dəstəkləri ilə birlikdə bölgədə sabitlik qismən təmin olundu.Sülh prosesi bölgənin inkişafına dəstək olmağa kömək olacaqdı, lakin Ermənistan bu prosesdə sadəcə yalançı rol oynayırdı. Müxtəlif danışıqlar aparıldı, bu danısıqlarda iştirak etməkdə Ermənistanın məqsədi sadəcə beynəlxalq platformada görüntü yaratmaq və altdan -altdan bizim torpaqlarımızı əl altında saxlamaq idi. Lakin Cənab prezidentimiz dəfələrlə həm danışıqlar zamanı həm də beynəlxalq tədbirlərdə çıxışlarında bu məsələnin həllinin Azərbaycan üçün əsas məsələ olduğunu və xalqının heç bir zaman işğalla barışmayacağını qeyd etmişdir. Son illərdə bütün aparıcı təşkilatlar bizi dəstəkləyən qərarlar qəbul etmişdir. Hətta BMT, Avropa Şurası, Avropa Parlamenti kimi hər vaxt anti-Azərbaycan mövqeyi tutan təşkilatlar belə məcbur olub həqiqəti əks etdirən qətnamələr qəbul etmişdirlər. Ancaq qarşı tərəf yenə də dinc dayanmırdı. İşğal etdikləri torpaqları itirmək istəmirdilər və dəfələrlə əks hücum başlatdılar ama yenə də həmişə olacağı kimi Azərbaycan dövləti qələbə qazandı. İstər 2016 -cı il aprel döyüşləri, istərsə də 2020-ci il 44 günlük Vətən müharibəsi bir daha sübut etdi, Azərbaycan xalqı Erməni diasporası və lobbisinin bütün yalançı iddialarını puç etdi. Bizim məqsədimiz öz ərazi bütövlüyümüzü təmin etməkdir və heç vaxt müharibə istəməmişik. Cənab Prezidentimizin də həmişə dediyi kimi biz sülh yolu ilə öz ərazilərimizi uzun illər qaytarmağa çalışdıq ancaq qarşı tərəf bunu heç vaxt istəmirdi, buna gorə də DƏMİR YUMRUĞA məcbur oldular. Sonunda tarixi ədalət bərpa olundu. Azərbaycan prezidenti və xalqı bütün dünyaya sübut etdi ki ,QARABAĞ AZƏRBAYCANDIR!
Maştağa qəsəbəsi, 187 nömrəli tam məktəbin riyaziyyat müəllimi Aytən Əlizadə-Kərimova