İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində Azərbaycan iki il əvvəl öz əzəli torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi. Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır.Onların əksəriyyəti işgəncələrə məruz qalıb,öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb.Biz işğaldan azad edilmiş iki kənddə bu il kütləvi məzarlıqlar aşkar etdik.Biz iki ilə yaxındır Ermənistandan itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat tələb edirik, ancaq Ermənistan hökuməti bunu Azərbaycanla bölüşməkdən imtina edir və bununla da özünü Ermənistanın əvvəlki rejimlərinin cinayətkar liderləri ilə assosiasiya edir.
Digər bir məsələ isə Ermənistanın işğal zamanı Azərbaycan ərazisində basdırdığı minalardır. Hal-hazırda Azərbaycan dünyada mina ilə çirklənmiş ölkələr sırasındadır.İki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb.Minalanmış ərazilərin məsələsini həll etmək üçün 30 il müddət və 25 milyard ABŞ dolları lazımdır. Artıq iki ildir Qarabağ münaqişəsi həll olunub. Lakin buna baxmayaraq Ermənistan hələ də sərhəddə təxribatlar törədir. Bunlardan sonuncusu bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın bu təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu ki , bu təxribatlara görə də məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ermənistan tərəfindən törədilmiş bu vəhşiliyə, şəhərlərimizin, kəndlərimizin, məscidlərimizin dağıdılmasına baxmayaraq Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması haqqında sülh sazişi imzalamağı təklif edib. Lakin Ermənistan rəhbərliyi hələ ki, sülhə gəlmək istəmir. Onlar anlamırlar ki, məğlubiyyətə uğramış bir xalq üçün bu çox əlverişli bir təklifdir. Ermənistanın dünyaölkələri arasında sıfıra enmiş mövqeyi azda olsa sülh sazişi hesabına yüksələ bilər.
Əlihüseyn Ağayev - Nardaran bələdiyyəsinin sədri