Azərbaycan Respublikası Ermənistan ilə münasibətləri normalaşdırmasına hazırdır

Azərbaycan Respublikası Ermənistan ilə münasibətləri  normalaşdırmasına hazırdır
Cənab prezident İlham Əliyevin Az Azərbaycan Respublikası Ermənistan ilə münasibətləri normalaşdırmasına hazırdır. ərbaycan əməkdaşlıq etdiyi bütün təşkilatlarla bağlı özünəməxsus fikirləri var. Bu təşkilatlardan biri də MDB-dir. Prezident çox doğru buyurur ki, AR həmişə MDB-nin işində iştirak etməyə böyük önəm vermişdir. Odur ki,bütün istiqaqmətlərdə sıx təmasla aparılır.
Azərbaycan ərazsinin 20 faizi həm Qarabağ bölgəsi ,həm də Dağlıq Qarabağ Muxtar Vilayəti,həmçinin yeddi rayon işğal edilmişdir. Bir milyondan çox azərbaycanlı öz torpaqlarından qovulmuşdur. Ümumilli lider Heydər Əliyev də, onun layiqli davamçısı İlham əliyev də münaqişəni sülh yolu ilə həll etməyə çalışmış, ATƏT-in himayəsi altında uzun müddətli və nəticəsiz danışıqlar prosesində iştirak etmişlər. ATƏT-in böyük dəyişikliyə ehtiyacı olduğunu vurğulayan İlham Əliyev nə qədər sülh yolu ilə torpaqlarının geri qaytarılmasının istəsə də, rəsmi İravanın təxribatçı siyasəti müharibəni qaçılmaz etdi.
Prezident İlham Əliyev çox təəssüflə qeyd edir ki, ikinci Qarabağ müharibəsi başa çatandan sonra da Azərbaycanın 315 nəfər hərbi və mülki vətəndaşı həlak olmuş və ağır şəkildə yaralanmışdır. Prezident çox doğru olaraq qeyd edir ki, Azərbaycan həm işğal müddətində, həm də ikinci Qarabağ müharibəsində həm də antiterror tədbirlər zamanı bütün humanitar normalara riayət edib.
Prezident İlham Əliyev çıxışında bildirib ki, bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normalaşdırılmasında vasitəçilik xidmətləri göstərməyə çalışır. Prezident onu da qeyd edib ki,göstərilən siyasət birtərəfli xarakter daşıyırsa və qərəzli deyilsə, bu cəhdləri qəbul edir və bildirir ki, Azərbaycan Respublikası Ermənistan ilə münasibətləri normalaşdırmasına hazırdır. Bununla yanaşı, edilən təkliflər həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla ölkəmiz tərəfindən təhlil olunacaq.

Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Fərzəliyeva


Oxşar xəbərlər