Azərbaycan dünya miqyasında müstəqil şəkildə öz daxili, xarici siyasətini aparan, heç kəsin qarşısında hesabat verməyən nadir ölkələrdəndir

Azərbaycan dünya miqyasında müstəqil şəkildə öz daxili, xarici siyasətini aparan, heç kəsin qarşısında hesabat verməyən nadir ölkələrdəndir 10 mart 2020-ci il VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyevin çıxışından 4 il vaxt keçir. 2020-ci ildə növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi Azərbaycanda aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi.
Altıncı çağırış Milli Məclisə keçirilən seçkilərdə bütün siyasi qüvvələr iştirak etmiş və nəticədə çoxpartiyalı parlament formalaşmışdır. Seçkilərə beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı tərəfindən verilən obyektiv qiymət də özlüyündə mütərəqqi bir seçkinin keçirildiyindən xəbər verir.
Müasir Milli Məclis faktiki olaraq cəmiyyətdəki yeni siyasi konfiqurasiyanı özündə tam əks etdirir. Xüsusi ilə də, parlament rəhbərliyinin iqtidarla yanaşı, müxalifət və bitərəf millət vəkillərindən formalaşması siyasi plüralizmin bariz nümunəsidir. Azərbaycan dünya miqyasında müstəqil şəkildə öz daxili, xarici siyasətini aparan, heç kəsin qarşısında hesabat verməyən nadir ölkələrdəndir.
Azərbaycanda aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Bəzi yerli icra orqanlarında müşahidə olunan neqativ və xoşagəlməz halların qarşısı alınır. İslahatların dərinləşməsi prosesi parlamentdən də yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara öz töhfəsini vermək istiqamətində ciddi işlər həyata keçirir. Təbii ki, bu işlər qanunvericilik sahəsini əhatə edir. Altıncı çağırış Milli Məclisinin ilk iclasında çıxışı zamanı cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır. Cənab Prezidentin bu fikirləri Milli Məclisin qarşısında çox böyük vəzifələr qoymuşdur. Həyata keçirilən bütün islahatlar və qarşıya qoyulan vəzifələr Azərbaycanın davamlı inkişafını təmin etmək məqsədi daşıyır. Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı cənab Prezident İlham Əliyev ölkədə həyata keçirilən gənclər siyasətinə diqqət çəkərək Azərbaycan əhalisinin mütləq əksəriyyətinin gənclərdən ibarət olduğunu, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımların atılmalı olduğunu da qeyd etmişdir.
Cənab Prezident İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı qanunverici orqan üçün bir fəaliyyət planı hesab edilməlidir. Beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılmalı olduğunu bildirən ölkə başçısı Azərbaycana qarşı əsassız yanaşmaların olduğu, ittihamların irəli sürüldüyü təşkilatlarda mübariz olmağı, onların qarşısında yaxşı olmaq deyil, dövlət, xalq qarşısında yaxşı olmağın vacibliyini vurğulamışdır. Hamıya məlumdur ki, ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istəyirlər. Yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Ona görə ki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur və yeni beşinci kolon axtarışı gedir. Bu yol xəyanət yoludur. Biz xalqımızın seçdiyi deputatlar olaraq onların təxribatçı niyyətlərini ifşa etməliyik. Qazandığımız ən böyük uğurlardan biri siyasi sabitlikdir. Və bu siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Təhlükəsizlik və sabitlik dayanıqlı inkişafının zəmanətidir. Azərbaycanda aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir.

Maştağa qəsəbəsi, 255 N-li tam orta məktəbin
ibtidai sinif müəllimi Təhminə Verdiyeva

Oxşar xəbərlər