Dövlət orqanlarının fəaliyyətində nəqativ hallara qarşı ciddi tədbirlər görülür, təmizləmə işləri aparılır

Dövlət orqanlarının fəaliyyətində nəqativ hallara qarşı ciddi tədbirlər görülür, təmizləmə işləri aparılır

“Azərbaycanda islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Son müddət ərzində Prezident Administrasiyası demək olar ki, tam yeni tərkibdə formalaşmışdır və yeni şöbələr yaradılmışdır”. Cənab Prezident İlham Əliyevin 10.03.2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı səsləndirdiyi bu fikirlər keçən 3 il ərzində uğurla icra olunmaqdadır. Təbii ki, dövlətimizin daha da inkişafı və möhkəm dayaqlar üzərində durması üçün kadr islahatı ən vacib məsələlərdən biridir. Dövlətimizin başçısının bu istiqamətdə apardığı məqsədyönlü fəaliyyət də məhz dövlətimizin güclənməsinə xidmət edir. Cənab Prezidentimizin çıxışına istinadən onu da vurğulamaq istərdik ki, Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirirdi. Bu kimi hallarla ciddi mübarizə aparılacağının və təmizləmə işlərinin həm mərkəzi həm də yerli icra orqanlarında aparılacağının anonsu verilmişdi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatların yeni mərhələsi respublikada yüksək dayanıqlı iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb. Bu mütərəqqi islahatların səmərəli icrası və lazımi səviyyədə həyata keçirilməsi üçün sağlam kadr ehtiyatının formalaşması da prioritetlərdəndir. Aparılan kadr islahatları nəticəsində yeni, müasir və mütərəqqqi düşüncəli, işgüzar kadrlar rəhbər vəzifələrə irəli çəkilir, onların qarşısında konkret vəzifələr qoyulur. Dövlət orqanlarının fəaliyyətində nəqativ hallara qarşı ciddi tədbirlər görülür, təmizləmə işləri aparılır. Təbii ki, islahatların dərinləşməsi parlamentdə də öz təsirini göstərməliydi. Məhz bu səbəbdən də yeni tərkibdə formalaşan Milli Məclisin islahatlara yeni təkan verəcəyi labüd idi. Cənab Prezident çıxışının davamında qeyd etmişdir ki, yeni seçilmiş millət vəkillərinin qarşısında ilk növbədə qanunvericilik sahəsində böyük vəzifələr durur. Çünki parlamentin əsas işi qanunvericilikdir. İmzalanan sərəncamların, qəbul olunan qanunların icrasına nəzarət üçün Prezident Administrasiyasında xüsusi şöbə yaradılımışdır. Lakin bununla belə bu nəzarət mexanizmi eyni zamanda parlament tərəfindən də aparılmalıdır. Cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi : “ Dövlət işində işləmək istəyənin niyyəti və əməli təmiz olmalıdır !.”

Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
Direktor müavini Asiman Paşayev


Oxşar xəbərlər