Azərbaycan Milli Məclisin VI çağırış deputatları 2020-ci il fevralın 9-da baş tutan seçkilər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatdan 70 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. Vətəndaş Həmrəyliyi Partiyası 3 nəfər, 41 nəfər bitərəf, 11 nəfər isə digər partiyalardan idi.
2020-ci il martin 10-da VI çağırış Milli Məclisin birinci iclası baş tutdu. VI çağırış Milli Məclisin sədri YAP üzvü Sahibə Qafarova idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Cənab Prezident çıxışını iclas iştirakçılarını salamlamaqla başladı və altıncı Milli Məclisin işə başladığını bildirərərk bütün deputatları ürəkdən təbrik etdi və onlara uğurlar arzuladı. Daha sonra beşinci çağırış Milli Məclisin deputatlarına göstərdikləri fəaliyyətə görə təşəkkürünü bildirdi.
Cənab Prezident öz çıxışında bir çox önəmli məsələlərə toxundu. Bu məsələlərdən biri də gənclər siyasəti ilə bağlı idi. Cənab Prezident bildirmişdir: “Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafiq mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili,onların fəal işə cəlb edilməsi, misal üçün, könüllülər hərəkatı çərçivəsində, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində əlbəttə ki, qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tırbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər”.
Cənab Prezident bildirmişdir ki, gənc nəslimiz vətənpərvərdir, Vətənə bağlıdır, milli köklərə bağlıdır. Həmçinin gənclərin milli ruhda tərbiyə olunmalı olduğunu vurğulamışdır. Eyni zamanda, gənclərin mənəvi və fiziki hazırlığı üçün əlavə tədbirlər həyata keçirilməli olduğunu söyləmişdir və bununla bağlı Milli Məclis və onun müvafiq komitələri bu işlə məşğul olub konkret təkliflər irəli sürmələri üçün tapşırıq verdi.
Bu siyasətin baris nəticəsini ele həmin ildə II Qarabağ müharibəsində hamımız gördük. Azərbaycan gənclərinin necə vətənpərvər ruhda yetişdiyini bütün dünyaya sübut etdik.
Bilgəh qəsəbəsi, 142 saylı tam orta məktəbin
ingilis dili müəllimi Jalə Quliyeva