“Atəşkəs üçün heç bir təhlükə yoxdur”

“Atəşkəs üçün heç bir təhlükə yoxdur” “Qəzzada əldə olunmuş atəşkəs üçün heç bir təhlükə yoxdur”.

“Qafqazinfo” “Times of İsrael”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

İsrailin Qəzza zolağına hava zərbələri endirməsi barədə danışan dövlət başçısı bu ölkənin özünə qarşı hücumlara cavab vermək məcburiyyətində olduğunu deyib.

“Onlar bir İsrail əsgərini öldürüblər. İsraillilər isə cavab verməyə məcbur olublar”, - Tramp söyləyib.

Xatırladaq ki, ötən gecə İsrail ordusu HƏMAS-ı ABŞ-nin vasitəçiliyi ilə əldə edilmiş atəşkəsi pozmaqda ittiham edərək Qəzza zolağına hava zərbələri endirib.

Oxşar xəbərlər