Azərbaycan hotellərindən ən çox hansı ölkələrin vətəndaşları istifadə edir? - Statistika

Azərbaycan hotellərindən ən çox hansı ölkələrin vətəndaşları istifadə edir? - Statistika Cari ilin ilk 9 ayında Azərbaycanda hotellərdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 1 milyon 937 min olub ki, bu da ümumi gecələmələrin 55.8 faizini təşkil edir.

Oxu.Az xəbər verir ki, bu göstərici 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9.3 faiz artım deməkdir.

Gecələmələrin ümumi sayının 14.1 faizi Hindistan, 10.9 faizi Rusiya, 9.1 faizi Səudiyyə Ərəbistanı, 8.7 faizi Türkiyə, 4.9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4.6 faizi İsrail, 3.6 faizi Pakistan, 3.5 faizi ABŞ, 3.5 faizi Çin, 3.2 faizi Özbəkistan, 2.8 faizi Qazaxıstan, 2.8 faizi Küveyt, 2.3 faizi Böyük Britaniya, 1.2 faizi Almaniya, 1.0 faizi İtaliya, 0.8 faizi Gürcüstan, 0.6 faizi İran, 0.6 faizi Bəhreyn, 0.6 faizi Ukrayna, 21.2 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşür.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80.6 faizi Bakıda, 6.4 faizi Qusarda, 4.2 faizi Naftalanda, 3.4 faizi Qəbələdə, 2.4 faizi Qubada, 0.6 faizi Şamaxıda, 2.4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Oxşar xəbərlər