Həqiqətən də yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verdi

Həqiqətən də yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verdi

2020-ci il fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçirildi. Bu, ölkəmizdə aparılan sistemli islahatların davamı və yeni mərhələsi idi. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Azad və ədalətli şəkildə keçirilmiş seçki nəticəsində formalaşan VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası həmin il martın 10-da keçirildi.
Azərbaycan Prezidenti İlham Əliyev yeni parlamentin ilk iclasında çıxış edərək, qanunverici orqan təmsilçisi seçilmiş şəxsləri təbrik etmişdi.
Dövlət başçısının bu günlərdə 3 ili tamam olacaq həmin çıxışının bəzi məqamlarına tarixilik baxımından bir daha qayıtmağa dəyər.
İlk olaraq, seçkinin nəticələrinə dair Avropa İttifaqının rəyini xatırladan İ.Əliyev bildirmişdi ki, Aİ-nin bəyanatı obyektiv yanaşmadır: “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Bu, Aİ tərəfindən verilmiş bu qiymət, seçkilərin tanınması deməkdir.”
Seçkilərin daxili siyasi aspektlərinə toxunan ölkə başçısı demişdi ki, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər.
Həqiqətən də yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verdi. Qanunverici orqan, dövlət başçısının ilk iclasda söylədiyi kimi, Azərbaycanın sosial dövlət olduğunu təsdiqləyən qanunlar qəbul edir.
Ölkə başçısı çıxışında çox mühüm bir məqama da toxunmuşdu: “Ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istəyirlər. Yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Yeni beşinci kolon axtarışı gedir. Bu yol xəyanət yoludur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir”.
Cənab Prezident İlham Əliyevin həmin çıxışda irəli sürdüyü tezislər - qanunvericilikdə dünyəvilik prinsipi, radikalizmə qarşı mübarizə, siyasi sabitliyin qorunması, türkdilli dövlətlərin əməkdaşlığının gücləndirilməsi və sair istiqamətində görülən işlər 10 mart 2020-ci il tarixli çıxışın konseptual, strateji düşüncə məhsulu olduğunun sübutudur.

Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin
fiziki tərbiyə müəllimi Cabbar Yolçiyev



Oxşar xəbərlər