Cənab Prezident İlham Əliyev 31 Dekabr 2023-cü il tarixində Dünya azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibətilə “Həmrəy Azərbaycan xalqını” təbrik etdi: “Əziz həmvətənlər, 2023-cü il arxada qalır. 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq bu hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür.
Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır. 2023-cü ilin aprel ayında isə biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik.
Əziz bacılar və qardaşlar, sizə cansağlığı, uğurlar arzulayıram. Arzu edirəm ki, 2024-cü il də ölkəmiz üçün, xalqımız üçün uğurlu olsun. Bayramınız mübarək olsun!"
Prezidentimiz müraciətində 2023-cü ildə ölkəmizin həyatında baş verən bir çox önəmli hadisələrə toxundu. İlk öncə söyləyirəm ki, bu gün qürur hissi ilə yeddidən yetmişə bütün ölkə vətəndaşları bütöv Azərbaycanın bugününün cənab Prezidentin əmri olduğunu söyləyir. Hansı ki, illərdir ki, bizlər bayram təbriklərimizdə “Gələn il Qarabağda keçirərik” ifadəsini söyləyirdik. Artıq 2020-ci il tarixindən etibarən biz Qarabağımıza qovuşduq. Bundan başqa, Ali baş Komandamımız İlham Əliyev 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkün və qaçqınların qayıdacaqları müjdəsini də bizlərə verdi.
Cənab Prezident çıxışında xüsusi olaraq, 2023-cü ilin ən əlamətdar hadisəsi “Antiterror əməliyyatını” və birgünlük əməliyyat nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməsini qürurla dilə gətirdi və əminliyini bildirdi ki, 2024-cü ildə davam edən uğurlu dövlət siyasəti nəticəsində ölkəmiz öz inkişaf perspektivlərini daha da yönnəldəcək.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Gülnar Məmmədova